Zelenskini İrəvana gətirən SƏBƏB – Rusiyaya qarşı “ikinci cəbhə” Ermənistandan AÇILIR…

Ukrayna prezidenti Volodimir Zelenskinin Ermənistana səfəri gözlənilir. 

Bu ilk baxışdan adi bir rəsmi səfər kimi görünsə də, Rusiyaya qarşı ağır müharibə vəziyyətində olan bir dövlətin dar macalda iqtisadi və siyasi problemlərin burulğanında olan bir ölkəyə səfəri müəyyən suallar doğurur. 

Çünki Zelenski müharibə başladıqdan səfər etdiyi ölkələrdən bir qayda olaraq maddi dəstək istəyir. Məsələn, Ukrayna prezidenti hazırda  Səudiyyə Ərəbistanında səfərdədir. Məlumdur ki, Zelenski Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salmandan yardım istəyəcək. Burada anlaşılmayan bir şey yoxdur. Və buna normal baxmaq da olar.

Bəs, Zelenski Paşinyandan nə istəməyə gedir?

Məşhur kinoda deyildiyi kimi axı Zelenski Paşinyanın nəyinə “aşiq olub?” Ukrayna prezidenti erməni baş nazirdən nə istəyə bilər?

Praktik cəhətdən Ermənistanın özünün yardıma ehtiyacı var. İqtisadiyyatı çökmüş bir ölkə Ukraynaya hansı sahədə yardmıçı ola bilər? Üstəlik, Ermənistan Rusiyanın strateji tərəfdaşıdır. Bu ölkə Rusiya ilə həm KTMT-də, həm də Aİİ-də birgə təmsil olunur. Yəni dolayısı ilə Ermənistan Rusiyanı Ukraynaya qarşı müharibədə dəstəkləyən və kömək duran bir ölkədir. 

Elə isə Zelenskinin “düşmən” ölkədə nə işi var?

Göründüyü kimi Zelenskinin indiki çərin məqamda Ermənistana səfər etməsinə haqq qazandıracaq heç bir siyasi, iqtisadi və hüquq əsas yoxdur. Ortada yalnız bir ehtimal qalır. Bu da ondan ibarətdir ki, Paşinyan da Zelenski kimi Qərbin “adamı”dır. Yəni, bu iki lideri birləşdirəcək tək ortaq faktor budur.

Bununla belə Zelenskinin Ermənistan səfərinə bu ehtimal bir qədər əsas versə belə, burda da ortaya yeni suallar çıxır. 

Zelenski Paşinyanla nəyi və yaxud nələri müzakirə edəcək?

Təbii ki, belə məqamda qədim türk aforizmi yada düşür:

“Düşmənimin düşməni mənim dostumdur”.

Zelenski Paşinyanla ancaq Rusiyanın “qeybət”ini edə bilər. Bir də Rusiyanın Cənubi Qafqazdan, daha konkret desək, Ermənistandan sıxışdırılıb çıxarılması müzakirə edilə bilər. Baxmayaraq ki, bu müzakirələrin də Ukrayana dövlətinə və Ukrayna xalqına heç bir fayda yoxdur. 

Uzun sözün qısası, aparılan bütün paralellərdən və müzakirələrdən sonra otraya bir versiya çıxır. Zelenski Qərbin xüsusi tapşırıqları ilə Ermənistana gəlir. Məqsədsə  Ermənistanı Rusiyaya qarşı daha “təsirli” və “effektiv” mübarizəyə təşviq etməkdir. 

Əslində, bu məsələ də Azərbaycan cəmiyyəti üçün də o qədər də maraqlı deyil. Amma bizlər üçün maraq doğuran odur ki, Qərb Ermənistanı təkcə Rusiyaya qarşı mübarizəyə yox, həm də Azərbaycana qarşı müharibəyə təşviq edir. Əgər Zelenski İrəvanda ölkəmizə qarşı mövqedən çıxış etsə, onda Ukrayna-Azərbaycan münasibətlərinə çox ciddi zərbə vurmuş olacaq. 
Halbuki, Azərbaycan hər zaman Ukraynanın ərazi bütövlüyünü və suveren hüquqlarını tanıyıb. Ötən 2 ildə Azərbaycan davamlı olaraq Ukraynaya humanitar yardım göstərib. Ədalət naminə deyək ki, Zelenski də Azərbaycanın dəstəyini hər zaman yüksək qiymətləndirib. Sonuncu dəfə Ukrayna Prezidenti Volodimir Zelenski İrpenin bərpası layihələrinin həyata keçirilməsinə görə fevralın 17-də Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib.

Belə görünür ki, bu təşəkkürdən 10 gün sonra Zelenskinin Ermənistana üz tutmasında əsas səbəb elə Rusiya faktorudur. Volodimir Nikola Rusiyaya qarşı addımlarında mənəvi dəstək üçün İrəvana üz tutur. 

Bu isə Qərbin Rusiyaya qarşı ikinci cəbhəni Ermənistandan açmaq planını aktivləşdirdiyinin göstərcisidir. 

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ölən Livan vətəndaşlarının sayı 3666 nəfərə çatdı

Ölən Livan vətəndaşlarının sayı 3666 nəfərə çatdı

Qadın futbolçularımız Şimali Makedoniyanı məğlub etdi

Qadın futbolçularımız Şimali Makedoniyanı məğlub etdi

Ölkəmizdə psixi xəstələrin sayı sürətlə artır - RƏQƏMLƏR

Ölkəmizdə psixi xəstələrin sayı sürətlə artır - RƏQƏMLƏR

İran Trampın hədəsinə CAVAB VERDİ

İran Trampın hədəsinə CAVAB VERDİ

Ağdamda qoşulub qaçan məktəbli qız ailəsinə QAYTARILDI

Ağdamda qoşulub qaçan məktəbli qız ailəsinə QAYTARILDI

Təyyarə biletləri yenidən bahalaşır - Bu səbəbə görə

Təyyarə biletləri yenidən bahalaşır - Bu səbəbə görə

Azərbaycanın neft hasilatı ilə bağlı YENİ PROQNOZ

Azərbaycanın neft hasilatı ilə bağlı YENİ PROQNOZ

Sürücülər bu səhvlərə görə daha çox cərimələnir - AÇIQLAMA

Sürücülər bu səhvlərə görə daha çox cərimələnir - AÇIQLAMA

Bu 4 BÜRC üçün gəlir qapısı açıldı

Bu 4 BÜRC üçün gəlir qapısı açıldı

Bakıda obyekt səkini zəbt edib - Piyadalar təhlükə ilə üzləşirlər - VİDEO

Bakıda obyekt səkini zəbt edib - Piyadalar təhlükə ilə üzləşirlər - VİDEO

İsmayıllıda minik avtomobili yanaraq kül oldu - FOTO

İsmayıllıda minik avtomobili yanaraq kül oldu - FOTO

Qırğızıstanda antiterror ƏMƏLİYYATI: 31 nəfər saxlanıldı

Qırğızıstanda antiterror ƏMƏLİYYATI: 31 nəfər saxlanıldı

iOS 27 təqdim edilib: iPhone üçün gələn yeniliklər!

iOS 27 təqdim edilib: iPhone üçün gələn yeniliklər!

Seçdiyi yola sədaqətlə: Səssiz, Vicdanlı və Ləyaqətli.

Seçdiyi yola sədaqətlə: Səssiz, Vicdanlı və Ləyaqətli.

BƏƏ ABŞ-nin tələbilə İrana 3 MİLYARD DOLLAR göndərib

BƏƏ ABŞ-nin tələbilə İrana 3 MİLYARD DOLLAR göndərib

ChatGPT rəhbərliyi: Ən sürətlə böyüyən dil Azərbaycan dilidir - VİDEO

ChatGPT rəhbərliyi: Ən sürətlə böyüyən dil Azərbaycan dilidir - VİDEO

Bakı və Vilnüs arasında strateji GÖRÜŞ: Azərbaycan-Ermənistan münasibətləri müzakirə olundu

Bakı və Vilnüs arasında strateji GÖRÜŞ: Azərbaycan-Ermənistan münasibətləri müzakirə olundu

"Mənimlə bir dəfə şəkil çəkdirib, deyir ki, ustadımdır"

"Mənimlə bir dəfə şəkil çəkdirib, deyir ki, ustadımdır"

Sakinlər torpaq sahələri ilə bağlı Qusarın icra başçısından kömək istədilər - FOTO

Sakinlər torpaq sahələri ilə bağlı Qusarın icra başçısından kömək istədilər - FOTO

“Məni vurdu, bildirdi ki, evdə desən, qiymətini kəsəcəyəm” - VİDEO

“Məni vurdu, bildirdi ki, evdə desən, qiymətini kəsəcəyəm” - VİDEO

Dağıstanda qaz kəməri partladı - VİDEO

Dağıstanda qaz kəməri partladı - VİDEO

"Qarabağ"ın 2026/2027 mövsümünə hazırlıq planı açıqlanıb

"Qarabağ"ın 2026/2027 mövsümünə hazırlıq planı açıqlanıb

Vüsalə Səid 10 il sonra yenidən “Xəbər”də

Vüsalə Səid 10 il sonra yenidən “Xəbər”də

Astarada qayınata nəvələrinin gözü qarşısında gəlnini DÖYDÜ - VİDEO

Astarada qayınata nəvələrinin gözü qarşısında gəlnini DÖYDÜ - VİDEO

End of content

No more pages to load

RADİO