Xəbər verdiyimiz kimi, türkiyəli müğənni Ebru Gündeş 4-cü dəfə ailə həyatı quracaq.
Bizim.Media “Hürriyet” nəşrinə istinadən xəbər verir ki, sənətçi bu gün iş adamı Murad Özdəmirlə nikah masasına əyləşib.
İddialara görə, cütlük Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki Türkiyə səfirliyində yaxınların iştirakı ilə kiçik toy məclisi ediblər.
Qeyd edək ki, Ebru Gündeş daha əvvəl 3 dəfə ailə qurub və boşanıb. Onun ikinci əri, iş adamı Rza Zərrabdan Alara adlı bir qız övladı var. 2 dəfə evli olan Muradın isə 3 övladı var.
Rəşad Əliyev, Bizim.Media