Qroznı məhkəməsi Rusiyanın Volqoqrad şəhərində 2023-cü ilin mayında məscidin fonunda Quran kitabını yandıran Nikita Juraveli 3,5 il müddətinə azadlıqdan məhrum edib.
Bizim.Media xəbər verir ki, o, dindarların hisslərini təhqir etməkdə və xuliqanlıqda təqsirli bilinib.
Məhkəmədə Juravel xuliqanlıqda deyil, müqəddəs kitabı yandırmaqda günahını etiraf edib.
O, müsəlmanlardan Quranın onlar üçün nə qədər önəmli olduğunu bilmədiyini deyərək etdiyi hərəkətə görə onlardan üzr istəyib.
Bizim.Media