Macarıstan nümayəndə heyətinin rəhbəri Azərbaycanla bağlı AŞPA sədrinə məktub göndərdi

Fevralın 22-də Macarıstan Milli Assambleyasının Avropa Şurası Parlament Assambleyasında (AŞPA) nümayəndə heyətinin rəhbəri Jolt Nemet AŞPA-nın sədri Teodoros Rusopulosa qurumun qış sessiyası zamanı Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin ratifikasiya olunmamasına dair qəbul etdiyi 2527 (2004) saylı qətnamə ilə əlaqədar məktub ünvanlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Məktubda deyilib ki, Reykyavik Sammitində yenidən sadiqliyimizi bəyan etdiyimiz Avropa Şurasının Nizamnaməsinə uyğun olaraq, biz hamılıqla paylaşdığımız idealları və prinsipləri qorumaq və həyata keçirmək məqsədilə üzv dövlətlər arasında daha böyük birliyə nail olmağa çalışmalıyıq.
Bu birlik və onun gələcək perspektivləri üzv dövlətlərlə və onlar arasında həyata keçirilən dialoq vasitəsilə güclənir. Təəssüf ki, bu gün nümayəndə heyətlərinin qurumdan xaric edilməsi, həmçinin onlarla dialoqun dayandırılması halları bizim birgə səylərimizə zərbə vurduğundan, Macarıstan nümayəndə heyəti adıçəkilən qətnamənin qəbulunda iştirak etməmək qərarına gəlmişdir. Fikrimizcə, bu üsula yalnız bütün mövcud vasitələr tükəndikdə və heç bir nəticə əldə olunmadıqda, son çarə kimi müraciət edilməlidir.

Qeyd olunub ki, bu qərarın qəbul olunması ilə son bir neçə ildə təşkilatla Nazirlər Komitəsi arasında yaradılmış konstruktiv qurumlararası dialoq və ümumi maraq doğuran mövzularda davamlı məsləhətləşmələrin aparılması təcrübəsi də sarsılmış, qurumun iki orqanı arasında inamsızlığın yaranmasına gətirib çıxarmışdır. Bu mənada, biz hesab edirik ki, Azərbaycan nümayəndə heyətinin qurumda iştirakı məsələsi təcili qaydada həll olunmalıdır.

Biz əminik ki, aparılan son müzakirələr və Nazirlər Komitəsinin müvafiq qərarı da bu zərurəti əks etdirməkdədir.

Macarıstan nümayəndə heyətinin rəhbəri Jolt Nemet AŞPA sədrini siyasi qruplarla birgə qətiyyətli addımlar atmağa və Azərbaycan parlament nümayəndə heyətinin təcili surətdə Parlament Assambleyasının işinə geri qayıtmasına icazə verməyə çağırıb. Bunun artıq qurumun aprel ayında keçiriləcək sessiyasında baş verməsi arzuolunan hesab edilib. Nemet əminliyini bildirib ki, belə bir addımın atılması Azərbaycana Avropa Şurasının məruzəçilərini ölkəyə dəvət etməyə və onların səfərini təşkil etməyə şərait yaratmaqla yanaşı, həmçinin Parlament Assambleyasını ölkədə keçiriləcək növbəti parlament seçkilərini müşahidə etmək üçün dəvət etməyə də imkan verəcək.

Məktubun sonunda deyilib: “Qeyd olunanların fonunda, qış sessiyasında qəbul edilmiş 2527 (2024) saylı qətnaməyə bir daha etirazımızı ifadə edir, Azərbaycan nümayəndə heyətinin Parlament Assambleyasına geri qaytarılması istiqamətində davamlı səylər göstərmək məqsədilə şəxsən özümün və həmkarlarımın dəstəyini təklif edirəm”.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Elnarə ailəsi ilə - FOTO

Elnarə ailəsi ilə - FOTO

Amsterdamda 150 illik kilsə Yeni il gecəsi YANDI – ANBAAN VİDEO

Amsterdamda 150 illik kilsə Yeni il gecəsi YANDI – ANBAAN VİDEO

Şabranda qadın meyiti tapıldı – ÖZƏL

Şabranda qadın meyiti tapıldı – ÖZƏL

Xaricdən telefon gətirmək istəyənlərin NƏZƏRİNƏ

Xaricdən telefon gətirmək istəyənlərin NƏZƏRİNƏ

İranda GƏRGİNLİK ARTIR - Etirazçılar SEPAH-a məxsus texnikaları yandırdılar – VİDEO

İranda GƏRGİNLİK ARTIR - Etirazçılar SEPAH-a məxsus texnikaları yandırdılar – VİDEO

Daha bir ölkə avroya KEÇDİ

Daha bir ölkə avroya KEÇDİ

Trampdan Putinə AĞIR ZƏRBƏ – Rusiyanın yalanını belə İFŞA ETDİ – FOTO

Trampdan Putinə AĞIR ZƏRBƏ – Rusiyanın yalanını belə İFŞA ETDİ – FOTO

Qadınların pensiya yaşı artırılacaq – BU TARİXDƏN

Qadınların pensiya yaşı artırılacaq – BU TARİXDƏN

Azərbaycanda ən çox turist bu əraziləri seçir - AÇIQLAMA

Azərbaycanda ən çox turist bu əraziləri seçir - AÇIQLAMA

Ət bazarında canlanma: Qiymətlər UCUZLAŞACAQ? - VİDEO

Ət bazarında canlanma: Qiymətlər UCUZLAŞACAQ? - VİDEO

2026-cı ilin ilk dəqiqələrində şəhərin mərkəzində evlilik təklifi – VİDEO

2026-cı ilin ilk dəqiqələrində şəhərin mərkəzində evlilik təklifi – VİDEO

Zelenski: “Sülh sazişinin 90 faizi hazırdır” – VİDEO

Zelenski: “Sülh sazişinin 90 faizi hazırdır” – VİDEO

Alkoqollu içkilər üçün aksiz dərəcələri ARTIRILDI

Alkoqollu içkilər üçün aksiz dərəcələri ARTIRILDI

2026 kimlərə düşərli olacaq?

2026 kimlərə düşərli olacaq?

2026-cı ildə Azərbaycanda ilk uşaq bu şəhərdə DÜNYAYA GƏLDİ

2026-cı ildə Azərbaycanda ilk uşaq bu şəhərdə DÜNYAYA GƏLDİ

Sazan balığı sümüksüz olacaq

Sazan balığı sümüksüz olacaq

Güzəşt dövrü SONA ÇATDI – Hibrid və elektrikli avtomobillərdən ƏDV TUTULUR

Güzəşt dövrü SONA ÇATDI – Hibrid və elektrikli avtomobillərdən ƏDV TUTULUR

Güclü külək əsəcək, QAR YAĞACAQ

Güclü külək əsəcək, QAR YAĞACAQ

Ştegen yalnız bu şərtlə "Barselona"dan ayrılmağa HAZIRDIR

Ştegen yalnız bu şərtlə "Barselona"dan ayrılmağa HAZIRDIR

Gecə yarısından əvvəl 3 sadə addımı atın: 2026-cı ildə sizə sərvət gətirəcək

Gecə yarısından əvvəl 3 sadə addımı atın: 2026-cı ildə sizə sərvət gətirəcək

Azərbaycan Ordusunda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il qeyd edildi - FOTO

Azərbaycan Ordusunda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il qeyd edildi - FOTO

40 yaşlı futbolçu "uzunömürlülük" sirrini AÇIQLADI

40 yaşlı futbolçu "uzunömürlülük" sirrini AÇIQLADI

Bayramda şirniyyatın qədərini necə müəyyən edək?

Bayramda şirniyyatın qədərini necə müəyyən edək?

Corc Kluni ailəsi ilə birgə Fransa vətəndaşlığı ALDI

Corc Kluni ailəsi ilə birgə Fransa vətəndaşlığı ALDI

End of content

No more pages to load

RADİO