“Azərbaycanla Ermənistan arasında bütün problemlər həll olunmayana qədər Türkiyə Ermənistanla sərhədi açmayacaq”.
Bizim.Media xəbər verir ki, bunu Türkiyə parlamentinin üzvü Şamil Ayrım deyib.
O qeyd edib ki, Ermənistan Azərbaycan və Türkiyəyə ərazi iddialarını əks etdirən Konstitusiyasına dəyişiklik etməlidir, əks halda belə dövlətlə sülh mümkün olmayacaq.
Onun sözlərinə görə, Azərbaycan və Türkiyə bu prosesi yaxından izləyir.
Bizim.Media