Aleksandr Lukaşenko növbəti prezident seçkilərinə gedəcəyini açıqlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə “Pul Pervoqo” saytı yazıb.
“Onlara (müxalifətə) deyin ki, mən seçkilərə gedəcəm”, - deyə o, qeyd edib.
Lukaşenkonun sözlərinə görə, dünyanın heç bir yerində Belarusdakı kimi açıq, ədalətli seçkilər yoxdur. Bu, bizim üçün bayramdır! Biz səmimi və dürüst siyasət yürüdürük!”.
Xatırladaq ki, ölkədə prezident seçkiləri 2025-ci ildə keçiriləcək.
Yeri gəlmişkən, bu gün Belarusda parlamentə və Minskin yerli şuralarına namizədlər üçün ölkənin tarixində vahid (ilk bir günlük) səsvermə keçirilir.
Lukaşenko artıq səhər saatlarında seçki məntəqələrinin birində qeydiyyatdan keçib və Belarusda hökumətin devrilməsi variantlarının heç birinin işləməyəcəyini deyib.
O, həmçinin bildirib ki, Belarus hakimiyyəti ölkə üçün təhlükələr barədə mesajlarla cəmiyyəti narahat etmir.