Hindistanda universitetdə güclü partlayış baş verib
Hindistan Universitetində baş verən partlayış faciəyə səbəb olub.
Bizim.Media xəbər verir ki, bu barədə NDTV (New Delhi Television) məlumat yayıb.
Bildirilib ki, partlayış Manipur ştatının paytaxtı İmphal şəhərindəki ali məktəblərin birində baş verib.
Partlayış nəticəsində bir nəfər aldığı xəsarətlərdən ölüb, digərinin vəziyyəti ağırdır. Telekanalın məlumatına görə, hadisəyə səbəb universitetdə evdə hazırlanan partlayıcı qurğunun işə salınması olub.
Qeyd edilib ki, hələlik terror aktına görə məsuliyyəti heç kim üzərinə götürməyib.
Bizim.Media