Vinisius Junior növbəti dəfə təhqir olunub.
Bizim.Media xəbər verir ki, ona qarşı arzuolunmaz hadisə İspaniya çempionatının “Rayo Valyekano” ilə səfər oyununda (1:1) baş verib.
Yerli azarkeşlərdən biri “Real”ın hücumçusu meydanın kənarına yaxın olduğu məqamda ona münasibətdə jestlər və qışqırıqlar vasitəsilə meymun obrazı formalaşdırmağa çalışıb.
Bu epizod “Movistar+”un kameralarına düşüb. İspaniya La Liqası irqçi hərəkətə əl atan fanatdan məhkməyə şikayət edəcək.
Rəşad Rafiqoğlu, Bizim.Media