Rəsmi Bakıdan Paşinyana CAVAB: "Azərbaycan müharibəyə hazırlaşır" iddiası əsassızdır

"Ermənistanın baş naziri Nikol Paşinyanın Fransanın “France 24” telekanalına verdiyi müsahibədə yenidən ölkəmizə qarşı səsləndirdiyi əsassız iddialar bölgədə qəsdən gərginlik yaradaraq, sülh prosesinə növbəti zərbə vurmaq məqsədi daşıyır". 

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistanın baş naziri Nikol Paşinyanın “France 24” telekanalına verdiyi müsahibə zamanı səsləndirdiyi iddialara dair şərhində bildirilib. 

Qeyd edilib ki, Almaniya kanslerinin təşəbbüsü ilə liderlər arasında keçirilmiş sonuncu görüşdən sonra Ermənistan tərəfindən bu kimi açıqlamalar verilməsi və bunun üçün məkanın məhz Fransa olaraq seçilməsi, Almaniyanın səylərinə Ermənistan tərəfindən hörmətsizlik olmaqla, Fransa tərəfindən sülh prosesinə davam edən mənfi təsirlərin göstəricisi kimi qiymətləndirilir. 

"Guya Azərbaycanın Ermənistana qarşı hücuma hazırlaşması, Azərbaycanın beynəlxalq hüququn prinsiplərinə əməl etmədiyi kimi iddialar mövcud faktların açıq-aşkar təhrif olunması və beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyır. 

Son zamanlar kütləvi hərbiləşmə siyasəti aparan, bölgədə 5 aya yaxın davam edən sabitliyi pozan Ermənistan tərəfinin bu addımları ört-basdır etmək məqsədilə, “Qərbi Azərbaycan İcması” üzrə çağırışları, eləcə də məhz Ermənistanın əsassız bəyanatlarına verdiyi cavabları bəhanə kimi gətirərək ölkəmizin müharibəyə hazırlaşdığını iddia etməsi tamamilə əsassızdır. 
Suverenlik və ərazi bütövlüyünün tanınmasına, Azərbaycan-Ermənistan arasında sərhədlərin delimitasiyası məsələsində 1991-ci il Alma-Ata bəyannaməsinə, bölgədə nəqliyyat və iqtisadi əlaqələrin qurulması üçün ölkələrin suverenliyi, yurisdiksiyası və bərabərliyi prinsiplərinə hörmətlə yanaşılmasının əhəmiyyətinə vurğu edən baş nazir Ermənistanın bu prinsipləri 30 ildən artıq müddətdə pozmasını unudub.

Ermənistandan fərqli olaraq, 44 günlük müharibədən dərhal sonra məhz Azərbaycan Ermənistana 5 baza prinsipi əsasında sülh təklif edib.

Ermənistan isə ölkəmizə qarşı davam etdirdiyi iddialarla bu prinsipləri pozmaqda davam edir. 

Hər kəsə yaxşı məlumdur ki, Ermənistanın Konstitusiyasında, qüvvədə olan qanunvericilik aktlarında, rəsmi məktublarında və bəyanatlarında, beynəlxalq təşkilatlar və məhkəmələrdə yaydığı sənədlərdə Azərbaycanın ərazi bütövlüyünə qarşı iddiaların davam etməsi Ermənistan rəhbərliyinin Azərbaycan-Ermənistan sülh gündəliyinin irəli aparılmasında maraqlı olmadığını təsdiq edir. 

Müxtəlif beynəlxalq platformalardan istifadə etməklə ölkəmizə qarşı aqressiv böhtan xarakterli ritorikanı davam etdirən Ermənistan tərəfinə sülh perspektivlərinə xələl gətirən açıqlamalardan əl çəkməyə və Cənubi Qafqaz regionunun sülh və əməkdaşlıq məkanına çevrilməsi üçün yaranmış imkanlardan istifadə etməyə çağırırıq", - məlumatda vurğulanıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Martın 2-dək həyatınızda elə dəyişikliklər olacaq ki...

Martın 2-dək həyatınızda elə dəyişikliklər olacaq ki...

Si Cinpin Çin ordusunun operativ komandanlığını öz üzərinə götürdü

Si Cinpin Çin ordusunun operativ komandanlığını öz üzərinə götürdü

Alpinist 3630 metr yüksəklikdən təxliyə edildi

Alpinist 3630 metr yüksəklikdən təxliyə edildi

Ata 5 ildir şəhid oğlunun məzarını ziyarət etmir - VİDEO

Ata 5 ildir şəhid oğlunun məzarını ziyarət etmir - VİDEO

Mingəçevir Təhsil Sektorunun rəhbəri vəzifəsindən azad edildi

Mingəçevir Təhsil Sektorunun rəhbəri vəzifəsindən azad edildi

“Turan Tovuz” “Sumqayıt”ı məğlub etdi - VİDEO

“Turan Tovuz” “Sumqayıt”ı məğlub etdi - VİDEO

İsrailin XİN başçısı Azərbaycana GƏLİR

İsrailin XİN başçısı Azərbaycana GƏLİR

“Şahdağ”da Heydər Əliyev Kubokunun qalibləri mükafatlandırıldı - FOTO

“Şahdağ”da Heydər Əliyev Kubokunun qalibləri mükafatlandırıldı - FOTO

Bakının bu ərazilərində mənzillər daha bahadır

Bakının bu ərazilərində mənzillər daha bahadır

Putin və ABŞ nümayəndələrinin görüşü gündəm oldu - DETALLAR

Putin və ABŞ nümayəndələrinin görüşü gündəm oldu - DETALLAR

Hər gün səhər yeməyi üçün yumurta: Orqanizminizə necə təsir edir?

Hər gün səhər yeməyi üçün yumurta: Orqanizminizə necə təsir edir?

Salyan sakinlərinin yol PROBLEMİ: "Palçığın içində itib-batmışıq" - VİDEO

Salyan sakinlərinin yol PROBLEMİ: "Palçığın içində itib-batmışıq" - VİDEO

"2000 dollarlıq ətir və eynəklər alıram"

"2000 dollarlıq ətir və eynəklər alıram"

Bazarlarda satılan bu qidaya İran boyaları vurulurmuş: İştahla yeyirik - VİDEO

Bazarlarda satılan bu qidaya İran boyaları vurulurmuş: İştahla yeyirik - VİDEO

Biləsuvar sakini Gürcüstanda ağır vəziyyətdədir - VIDEO

Biləsuvar sakini Gürcüstanda ağır vəziyyətdədir - VIDEO

Ən yüksək keyfiyyətli Çin avtomobilləri - SİYAHI

Ən yüksək keyfiyyətli Çin avtomobilləri - SİYAHI

Suriyada terror aktının qarşısı alındı

Suriyada terror aktının qarşısı alındı

"20 il öncə də açıq-saçıq geyinirdim"

"20 il öncə də açıq-saçıq geyinirdim"

Turistlərin heyranlıqla gəzdiyi İçərişəhər - VİDEO

Turistlərin heyranlıqla gəzdiyi İçərişəhər - VİDEO

Rusiya Maduronun azad edilməsini tələb etdi

Rusiya Maduronun azad edilməsini tələb etdi

Şirvanda 36 yaşlı kişini bıçaqlayan şəxs tutuldu

Şirvanda 36 yaşlı kişini bıçaqlayan şəxs tutuldu

Uitkoff Sadıqovu əfsanə adlandırdı

Uitkoff Sadıqovu əfsanə adlandırdı

Nazpəri mərhum oğlunun övladını belə təbrik etdi - VİDEO

Nazpəri mərhum oğlunun övladını belə təbrik etdi - VİDEO

Tramp Danimarkanın baş nazirini 45 dəqiqə danladı - SƏBƏB

Tramp Danimarkanın baş nazirini 45 dəqiqə danladı - SƏBƏB

End of content

No more pages to load

RADİO