Aparıcı Elgiz Əkbər Əməkdar artist Tahir İmanovla bağlı qalmaqallı açıqlama verib.
Bizim.Media xəbər verir ki, bu haqda Elgiz aparıcısı olduğu "Elgizlə izlə" ictimai-sosial verilişinin efirində danışıb.
E.Əkbər T.İmanov tərəfindən təhqirlərə məruz qaldığını vurğulayıb:
"Tahirlə aram yoxdur, onu sevmirəm. Amma Cabiri (Əməkdar artist Cabir İmanov - red.) sevirəm, ürəkdir. Bəlkə, indi Tahir də deyəcək, mən də səni sevmirəm. O da bizim vətənin oğludur. Qəlbimə dəymişdi. Bir nəfərin yas məclisində görüşdük, danışdıq. Söhbətimiz oldu, istedadlıdır, mədəniyyətimizi təbliğ ediblər. Cabir İmanovu daha çox istəyirəm. Tahirə də can sağlığı diləyirəm. Bir dəfə məni təhqir etmişdi".
Rəşad Əliyev, Bizim.Media