Bakıda saxta kosmetik vasitələr satan şəxs tutuldu - VİDEO

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keyfiyyətsiz, insan sağlamlığı üçün ciddi təhlükə yarada biləcək şampun və digər kosmetik vasitələrin satışını həyata keçirən şəxslər saxlanılıb.

DİN Mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, çoxsaylı şikayətlər əsasında həyata keçirilən əməliyyat zamanı Bakı şəhər sakini Fuad Abdullayev saxlanılıb.

Ona məxsus paytaxtın Nizami rayonunda yerləşən anbara baxış zamanı kustar üsulla qablaşdırılmış mənşəyi məlum olmayan hazır şampunlar, digər kosmetik məhsullar, külli miqdarda etiketlər, holoqramlar, qapaqlar və sair ləvazimatlar aşkar olunaraq götürülüb.

Araşdırma zamanı müəyyən edilib ki, Fuad Abdullayev şəxsiyyəti istintaqa məlum olan  hazırda xarici ölkələrdən birində gizlənən tanışı ilə cinayət əlaqəsinə girərək dəyərindən aşağı qiymətə mənşəyi məlum olmayan məhsulları qeyd edilən anbarda əvvəlcə boş qablara doldurub.

Daha sonra onlar həmin qabların üzərinə saxta “Brasil Botox-Keratin” əmtəə nişanlı etiket və holoqramlar yapışdıraraq orijinal məhsul adı ilə satışını həyata keçiriblər.

Həmçinin, Fuad Abdullayev və tanışı sosial şəbəkələrdə özlərinə məxsus səhifələr yaradaraq qeyd edilən məhsulların onlayn satışını da təşkil ediblər.

Həmin məhsullardan götürülən nümunələr əsasında keçirilən ekspertiza zamanı müəyyən olunub ki, aşkar edilən şampun, eləcə də, digər vasitələr keyfiyyətsiz olmaqla yanaşı, istifadəyə yararsızdır və insan sağlamlığına ciddi mənfi təsir göstərə bilər.

Qeyd edilən faktla bağlı Baş İdarənin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 200.1-ci (İstehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma) maddəsi ilə cinayət işi başlanılıb, əməliyyat və istintaq tədbirləri davam etdirilir.

Bizim.Media
 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Məktəbəqədər təhsilə cəlb olunan bir uşaq dövlət büdcəsinə 4 500 manata başa gəlir” - Emin Əmrullayev

"Məktəbəqədər təhsilə cəlb olunan bir uşaq dövlət büdcəsinə 4 500 manata başa gəlir” - Emin Əmrullayev

İspaniya millisinin sabiq üzvü “İnter Mayami”yə KEÇDİ

İspaniya millisinin sabiq üzvü “İnter Mayami”yə KEÇDİ

Zelenskinin ABŞ, NATO və Avropa liderləri ilə görüşü KEÇİRİLİR - VİDEO

Zelenskinin ABŞ, NATO və Avropa liderləri ilə görüşü KEÇİRİLİR - VİDEO

Emin Əmrullayev: “Çantaların ağırlığı problemi var, lakin…”

Emin Əmrullayev: “Çantaların ağırlığı problemi var, lakin…”

Pərvin Abıyeva: “Qadının puluna göz dikənə kişi kimi baxmıram” - VİDEO

Pərvin Abıyeva: “Qadının puluna göz dikənə kişi kimi baxmıram” - VİDEO

Zakir Qaralova ağır itki üz verdi

Zakir Qaralova ağır itki üz verdi

Tramp bu gün Zelenski və Avropa liderlərinə ZƏNG EDƏCƏK

Tramp bu gün Zelenski və Avropa liderlərinə ZƏNG EDƏCƏK

Yuri Vernidub: “Men sehrbaz deyiləm”

Yuri Vernidub: “Men sehrbaz deyiləm”

Ukraynada sülh üzrə danışıqlar üçün Berlində toplanan liderlərin FOTOLARI

Ukraynada sülh üzrə danışıqlar üçün Berlində toplanan liderlərin FOTOLARI

“Gizir Xanı”ya şəhidlik statusu verildi

“Gizir Xanı”ya şəhidlik statusu verildi

Rusiyada Trampın şərəfinə spirtli içki İSTEHSAL EDİLƏCƏK

Rusiyada Trampın şərəfinə spirtli içki İSTEHSAL EDİLƏCƏK

“Neftçi” – “Sumqayıt” oyunu da heç-heçə bitdi - VİDEO

“Neftçi” – “Sumqayıt” oyunu da heç-heçə bitdi - VİDEO

Tahir İmanovun adından dələduzluq - VİDEO

Tahir İmanovun adından dələduzluq - VİDEO

Kansler Milad bayramında Rusiya ilə Ukrayna arasında “atəşkəs” elan etməyi TƏKLİF ETDİ

Kansler Milad bayramında Rusiya ilə Ukrayna arasında “atəşkəs” elan etməyi TƏKLİF ETDİ

Zədəli Çalhanoğlu, komandası üçün meydana çıxacaq

Zədəli Çalhanoğlu, komandası üçün meydana çıxacaq

Vüqar Əhməd necə saxlanılıb? - SƏS YAZISI

Vüqar Əhməd necə saxlanılıb? - SƏS YAZISI

Türkiyə Qara dəniz üzərində PUA vurub

Türkiyə Qara dəniz üzərində PUA vurub

Bu legioner “Sabah”ı tərk edə bilər

Bu legioner “Sabah”ı tərk edə bilər

Anar Ələkbərov xalq şairi Ramiz Rövşəni evində ziyarət etdi - FOTO

Anar Ələkbərov xalq şairi Ramiz Rövşəni evində ziyarət etdi - FOTO

Aİ və ABŞ Ukraynaya təhlükəsizlik zəmanətlərinin verilməsi barədə razılığa gəldilər

Aİ və ABŞ Ukraynaya təhlükəsizlik zəmanətlərinin verilməsi barədə razılığa gəldilər

Sumqayıtda 19 yaşlı qız dəm qazından boğularaq ölüb

Sumqayıtda 19 yaşlı qız dəm qazından boğularaq ölüb

“Azərreyl” qələbə qazandı

“Azərreyl” qələbə qazandı

Balakəndəki qəzada xəsarət alanların SON DURUMU

Balakəndəki qəzada xəsarət alanların SON DURUMU

Zaxarovadan İRAD: “Sikorski unutmamalıdır ki, Lenin olmasaydı, Polşa da olmazdı”

Zaxarovadan İRAD: “Sikorski unutmamalıdır ki, Lenin olmasaydı, Polşa da olmazdı”

End of content

No more pages to load

RADİO