Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağın keçmiş qondarma rejiminin "məmurlarını" dövlət maşınlarından və cangüdənlərdən məhrum etməyi tapşırıb.
Bizim.Media xəbər verir ki, bu barədə erməni mətbuatı yazıb.
Mənbə xatırladır ki, tanınmamış "DQR" rəsmiləri İrəvanda saxta qurumlarını buraxmayacaqlarını bəyan etmişdilər. Ermənistanın Milli Təhlükəsizlik Xidməti isə onları bu açıqlamalarına görə “səmimi söhbətə” çağırıb və "qulaqburması" verib.
Bizim.Media