“Fransa Ermənistanla müdafiə sahəsində əməkdaşlığı inkişaf etdirməyə davam edəcək”.
Bizim.Media xəbər verir ki, bu barədə Fransa Prezidenti Emanuel Makron Ermənistan Baş naziri Nikol Paşinyanla birgə keçirdiyi mətbuat konfransında bildirib.
Makron qeyd edib ki, Fransa Ermənistana hərbi texnika tədarükünə razılıq verib:
“Fransanın Ermənistana, onun müstəqilliyinə, ərazi bütövlüyünə və demokratik proseslərə dəstəyinə arxalana bilərsiniz”.
Fransa lideri çıxışı zamanı Aİ missiyası Ermənistandakı fəaliyyətinə də toxunub:
“Missiya sabitliyin qorunmasına, beynəlxalq ictimaiyyətin qərəzsiz məlumatlandırılmasına və təmas xətti boyunca əhalinin təhlükəsizliyinin təmin edilməsinə yönəlib”.
Bizim.Media