Qarabağdakı keçmiş rejimin son "rəhbəri" Samvel Şahramanyan İrəvanda Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə çağırılıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı erməni mətbuatı yazıb.
Mənbə qeyd edir ki, istintaq üçün ona çağırış vərəqəsi verilib. Bəlli olub ki, Şahramanyan Qarabağda müəyyən məbləğdə pulun yoxa çıxması və avtomobillərin oğurlanması ilə bağlı aparılan istintaq işinə görə dindiriləcək.
Xatırladaq ki, separatçıların digər "rəhbərləri" (Bako Saakyan, Arkadi Qukasyan və Arayik Arutyunyan) hazırda Bakıda təcridxanadadır və layiqli cəzalarını gözləyirlər.
Bizim.Media