Ermənistanın paytaxtı İrəvanın Nor Nork rayonunda naməlum şəxs bələdiyyə binasını atəşə tutub.
Bizim.Media xəbər verir ki, bu barədə məlumatı Ermənistanın “shamshyan.com” portalı yayıb.
Hadisə bu gün səhər saatlarında baş verib. Naməlum şəxs bir neçə dəfə Nor Norkun administrasiyasının rəhbəri Tiqran Ter-Markaryanın kabinetinin pəncərəsinə atəş açıb.
Bizim.Media