“Rusiya və Ermənistanın Ukraynadakı hadisələrlə bağlı mövqeyi bir-birindən fərqlənir”.
Bizim.Media “İnterfaks”a istinadən xəbər verir ki, bunu Kremlin rəsmi sözçüsü Dmitri Peskov Ermənistanın Baş naziri Nikol Paşinyanın Ukraynadakı müharibə ilə bağlı İrəvanın mövqeyinə dair açıqlamasına münasibət bildirərkən deyib.
“Həqiqətən, Ukraynada baş verən hadisələr və Ukrayna ilə bağlı münaqişəyə dair diametral şəkildə əks fikirlərimiz var. Bu, sirr deyil", deyə o, əlavə edib.
Xatırladaq ki, N.Paşinyan Almaniyada erməni diasporunun nümayəndələri ilə görüşündə bildirib ki, İrəvan Ukrayna məsələsində Moskvanın müttəfiqi deyil.
Bizim.Media