Türkiyəli model Çağla Şikel kik-boksla bağlı məşqlərini davam etdirməyə başlayıb.
Bizim.Media xəbər verir ki, pandemiya səbəbindən məşqlərini yarımçıq saxlayan model yayın yaxınlaşması ilə bağlı yenidən başlamağı qərara alıb.
Həftə sonları xüsusi dərslər almağa başlayan Çağla “ Podyum və ekranlardan sonra ən çox sevdiyim yer rinqlərdir”, deyə bildirib.
Qeyd edək ki, Çağla üç il əvvəl uşaqlarına baxaraq kik-boksa maraq salmışdı.
Bizim.Media