"Biz istefaya gedə bilmərik, çünki xalqdan səlahiyyət, mandat almışıq. Sadəcə getsək, bu mandatı kimə buraxacağıq?”.
Bizim.Media xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Almaniyadakı erməni icmasının nümayəndələri ilə görüşündə bildirib.
“Biz bu mandatı iki dəfə geri qaytarmışıq. Bu, ən azı o deməkdir ki, bizim bəzi əsaslandırmalarımızı, bəzi izahatlarımızı xalq ədalətli və qanuni sayır”, deyə o, qeyd edib.
Bizim.Media