İlham Əliyev Münxen Təhlükəsizlik Konfransının sədri ilə görüşdü - FOTO

Fevralın 18-də Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən Münxen Təhlükəsizlik Konfransının sədri Kriştof Xoysqenin görüşü olub.

Bizim.Media xəbər verir ki, Kriştof Xoysqen Münxen Təhlükəsizlik Konfransına dəvəti qəbul etdiyinə və iştirakına görə dövlətimizin başçısına təşəkkürünü bildirib, COP29-un Azərbaycanda keçirilməsi münasibətilə təbriklərini çatdırıb.

Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransına dəvətə görə təşəkkürünü və COP29 ilə əlaqədar təbriklərə görə minnətdarlığını ifadə edib.
Kriştof Xoysqen qeyd edib ki, Münxen Təhlükəsizlik Konfransı çərçivəsində təhlükəsizliyə münasibətdə əhatəli və müfəssəl bir yanaşma var, ona görə iqlim dəyişikliyi də təhlükəsizlik konsepsiyasının bir hissəsi hesab olunur. O, bu xüsusda, Münxen Təhlükəsizlik Konfransının Katibliyi olaraq Azərbaycanla COP29 çərçivəsində əməkdaşlığa və həmin sessiya zamanı ölkəmizdə birgə tədbirin keçirilməsinə hazır olduğunu vurğulayıb.

Bu təklif dövlətimizin başçısı tərəfindən məmnunluqla qəbul edilib. Azərbaycanın COP Təşkilat Komitəsi tərəfindən Münxen Təhlükəsizlik Konfransının Katibliyi ilə bu istiqamətində birgə işin aparılacağı diqqətə çatdırılıb.

Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan COP29-un mahiyyət üzrə nəticəyönümlü sessiya olması üçün bütün beynəlxalq tərəfdaşlarla birgə işləməyə hazırdır. Hazırda COP çərçivəsində üçlük mexanizmi yaradılıb ki, bu, Birləşmiş Ərəb Əmirliklərini, Azərbaycanı və Braziliyanı bir araya gətirir.

Görüşdə, həmçinin regional məsələlər müzakirə olunub. Dövlətimizin başçısı bu xüsusda Azərbaycanın sülh gündəliyini, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılmasını, sülh müqaviləsinin imzalanmasını dəstəklədiyini deyib. Bu istiqamətdə Almaniya Kansleri Olaf Şotsun təşəbbüsü ilə təşkil olunan görüşün səmərəli və konstruktiv şəraitdə keçdiyini diqqətə çatdırıb.





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Piyada keçidində maşının üstünə tullandı - Polis araşdırır - VİDEO

Piyada keçidində maşının üstünə tullandı - Polis araşdırır - VİDEO

"Barselona" rahat qələbə qazandı

"Barselona" rahat qələbə qazandı

Naxçıvana gedənlərə ŞAD XƏBƏR: Yeni nəqliyyat marşrutu açılır - VİDEO

Naxçıvana gedənlərə ŞAD XƏBƏR: Yeni nəqliyyat marşrutu açılır - VİDEO

Arzu Yusifova vəzifəsindən azad edildi

Arzu Yusifova vəzifəsindən azad edildi

Naxçıvanda ağır qəza: 6 nəfər xəsarət aldı

Naxçıvanda ağır qəza: 6 nəfər xəsarət aldı

İrana qarşı hücumlara kim razıdır, kim narazı? - SİYAHI

İrana qarşı hücumlara kim razıdır, kim narazı? - SİYAHI

Trampın İrandakı hədəf siyahısı - FOTO

Trampın İrandakı hədəf siyahısı - FOTO

"Sabah"dan 4 qolluq qələbə - VİDEO

"Sabah"dan 4 qolluq qələbə - VİDEO

İrandakı iğtişaşlarda ölənlərin sayı 30 minə çatacaq?

İrandakı iğtişaşlarda ölənlərin sayı 30 minə çatacaq?

Cənubi Qafqazda sülh üçün yeni mərhələ: Liderlər eyni platformada - VİDEO

Cənubi Qafqazda sülh üçün yeni mərhələ: Liderlər eyni platformada - VİDEO

Zelenski müharibənin bitməsi üçün əsas ŞƏRTİ AÇIQLADI - VİDEO

Zelenski müharibənin bitməsi üçün əsas ŞƏRTİ AÇIQLADI - VİDEO

Fransa Ukraynaya 500 kilometrə uçan dronlar göndərdi

Fransa Ukraynaya 500 kilometrə uçan dronlar göndərdi

SON DƏQİQƏ: Türkiyədə zəlzələ oldu

SON DƏQİQƏ: Türkiyədə zəlzələ oldu

Sanksiya altında olan tankerin kapitanı Fransada həbs edildi

Sanksiya altında olan tankerin kapitanı Fransada həbs edildi

"Çelsi" London derbisində qalib gəldi - VİDEO

"Çelsi" London derbisində qalib gəldi - VİDEO

"Məzar yerimi və kəfənimi almışam" - VİDEO

"Məzar yerimi və kəfənimi almışam" - VİDEO

Diş çürüməsinin qarşısını alan təbii üsul kəşf edildi

Diş çürüməsinin qarşısını alan təbii üsul kəşf edildi

ABŞ-da qar fırtınası: 10 mindən çox aviareys ləğv edildi

ABŞ-da qar fırtınası: 10 mindən çox aviareys ləğv edildi

Gürcüstanın əsas hava limanı keçmiş Rusiya hərbi bazasının yerində inşa ediləcək

Gürcüstanın əsas hava limanı keçmiş Rusiya hərbi bazasının yerində inşa ediləcək

Doğru bildiyimiz YANLIŞ – Qabığı hansı rəngdə olan yumurta daha faydalıdır?

Doğru bildiyimiz YANLIŞ – Qabığı hansı rəngdə olan yumurta daha faydalıdır?

Gizli danışıqlar açıldı: Putinlə Zelenski üz-üzə gələcək?

Gizli danışıqlar açıldı: Putinlə Zelenski üz-üzə gələcək?

Ermənistanda silahlı insident: Merin sürücüsü və daha bir gənc həlak oldu

Ermənistanda silahlı insident: Merin sürücüsü və daha bir gənc həlak oldu

Nani rekord maaşla Qazaxıstan klubuna keçdi

Nani rekord maaşla Qazaxıstan klubuna keçdi

Trampın xanımı öz həyatından bəhs edən filmi təqdim etdi

Trampın xanımı öz həyatından bəhs edən filmi təqdim etdi

End of content

No more pages to load

RADİO