Somali bu ilin sonunda tarixində ilk dəfə öz ərazisində neft hasilatına başlayacaq.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin neft və mineral ehtiyatlar naziri Əbdurrəzaq Ömər Məhəmməd məlumat yayıb.
Məlumata görə, ilk neft ölkənin cənub-qərbi və Cubaland əyalətlərindəki yataqlardan çıxarılacaq.
Qeyd edək ki, 2022-ci ilin oktyabrında Somali ABŞ-ın “Coastline Exploration” şirkəti ilə ölkə ərazisində neft yataqlarının işlənməsi ilə bağlı müqavilə imzalayıb. Somalinin 30 milyard barelə qədər potensial neft və təbii qaz ehtiyatları olması ehtimal edilir.
Bizim.Media