Türkiyənin Kocaeli vilayətində yeniyetmə qıza sataşan şəxsi küçənin ortasında linç ediblər.
Bizim.Media xəbər verir ki, 14 yaşlı qızın anası orta yaşlı kişinin onun övladına sataşdığını bildirib. O, qonşularını köməyə çağırıb.
Qadının sözlərinə görə, kişi qızına zorakılıq göstərib və onun fotolarını mobil telefonla çəkib.
Bundan qəzəblənən qonşular onu döyməyə başlayıblar. Daha sonra əraziyə polis çağırılıb və həmin şəxs hüquq mühafizə orqanlarının əməkdaşlarına təhvil verilib.
Bizim.Media