Xalq artisti Emin Ağalarov həyat yoldaşı Alyona Qavrilova ilə “Sevgililər günü”nü qeyd edib.
Bizim.Media xəbər verir ki, Emil Alyona ilə birlikdə romantik şam yeməyinə gedib.
Cütlük birlikdə çəkdiyi fotoları sosial şəbəkə hesabında paylaşıb. Emin şəklə “Sevgililər günü"nüz mübarək, sevginizi möhkəm tutun” sözlərini yazıb.
Alyona isə ona verilən gül dəstəsinin şəklini çəkərək izləyiciləri ilə bölüşüb.
Qeyd edək ki, Emin və Alyona cütlüyünün Afina adlı bir qız övladı var.
Rəşad Əliyev, Bizim.Media