Azərbaycanın və Özbəkistanın Xalq artisti Gülyanaq Məmmədova həyat yoldaşı Ziya bəylə bağlı diqqətçəkən paylaşım edib.
Bizim.Media xəbər verir ki, ərinin doğum günü olduğunu söyləyən sənətçi onunla bərabər çəkilən fotolarını sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşərək, təbrik ünvanlayıb.
“Bir il qocaldın deyə gileylənsən də, şadam ki, bir il də yanımda qocaldın. Yaşlandıqca hər şey daha da yaxşılaşır. Doğum günün mübarək, ömür-gün yoldaşım”, - deyə Gülyanaq vurğulayıb.
Qeyd edək ki, Gülyanaq və Ziya cütlüyünün 4 övladı var.
Rəşad Əliyev, Bizim.Media