Ukrayna böhranı ABŞ-ı XAOSA SÜRÜKLƏYİR – Bu layihə qəbul olunarsa… 

Xəbər verdiyimiz kimi Ağ Ev tərəfindən Senata yeni qanun layihəsi təqdim edilib. Həmin qanun layihəsində məğzi ondan ibarətdir ki, ABŞ prezidenti Ukraynaya yardımı dayandıracağı təqdirdə onun impiçment məsələsi gündəliyə gətirilsin. 

Bu qanun layihəsi ABŞ-ın siyasi cameəsində fırtına effekti yaradıb. 

Çünki amerikalıların heç də hamısı Ukrayna məsələsində yekdil fikirdə deyillər. Xüsusilə də Respublikaçılar Partiyası nəinki Ukraynaya, ümumiyyətlə bütün xarici yardımların dayandırılmasını istəyir. 

Partiyanın hazırkı Prezidentliyə namizədi Donald Tramp da bəyan edib ki, prezident kimi ilk işi yersiz xarici yardımları dayandırmaq olacaq. Ümumiyyətlə Respublikaçılar bir qayda olaraq diqqəti ölkə daxilinə yönəldirlər. Onlar ABŞ-ın daxili problemlərinin həllini prioritet hesab edirlər. 

Respublikaçılar üçün xarici siyasət və beynəlxlaq məsələlər ikinci plandadır. Təsadüfi deyil ki, Tramp bildirib ki, seçkilərdə qalib gəlsə, miqrantların ölkədən çıxarılması üçün qəti və davamlı iş aparacaq. Nəzərə alaq ki, onun prezidentliyi dövründə, yəni 2016-2020-cı illərdə ABŞ-ın miqrasiya siyasəti 180 dərəcə dəyişdirildi. Qaydalar xeyli sərtləşdirildi. Amma Tramp hesab edir ki, bu sahədə görüləsi xeyli iş var. 

Texas “düyün”

Qeyd edək ki, ötən ay Texas ştatının respublikaçı qubernatoru Ağ Evə qarşı üsyan etdi. O açıq şəkildə bildirmişdi ki, Ukraynaya edilən yardımlar dayandırılsın və həmin vəsait Meksika ilə sərhəddə divarların inşaasına xərclənsin. Qubernatorun bu təklifi Vaşinqton tərəfindən eşidilmədi. 

Ona görə də Texas rəhbərliyi Vaşinqtona qarşı etiraza qalxdı. ABŞ-ın 25 ştatının respublikaçı rəhbəri də Texas qubernatoru ilə həmrəy olduqlarını bildirdi. Lakin Ağ Ev etirazları zor gücünə dayandıra bildi. Hazırda etirazlar bir qədər səngiyib, amma hələ də davam edir.  

Senat 95 milyard dollarlıq yardım paketini təsdiq etdi

Ötən gün xəbər yayıldı  ki, ABŞ Senatı aylarla davam edən siyasi çəkişmələrdən sonra Ukrayna, İsrail və Tayvana 95 milyard dollarlıq yardım paketini təsdiqləyib. Məlumata görə, yardım paketinə Kiyev üçün 60 milyard dollar, İsrailin HƏMAS-a qarşı müharibəsi üçün 14 milyard dollar və Qəzza da daxil olmaqla digər münaqişə bölgələrinə humanitar yardım üçün 10 milyard dollar vəsait ayrılacaq.

Göründüyü kimi, xarici siyasət və beynəlxalq münaqişələr Demokratlar Partiyası üçün əsasdır. Ona görə də bu ilin sonuna qədər ayrı-ayrı dövlətlərə maliyyə yardımları  paketi təsdiq edilib. Lakin Demokratların başbilənləri uzaq gələcək üçün də plan hazırlayırlar. Bunun da biri yuxarıda dediyimiz qanun layihəsidir. 

Bu qanun layihəsi Demokratların məğlubiyyət sığortasıdır. 

Əgər bu qanun qəbul edilsə, onda demokratlar seçkilərdə məğlub olsa belə rəqiblərinə heç də uzun vədə dözmək məcburiyyətində qalmayacaqlar. Çünki Respublikaçılar payızdakı seçkilərdə qalib gələcəkləri təqdirdə Ukrayna və digər ölkələrə yardımı dayandıracaqlar. Bu zamansa qanun dövriyyəyə girəcək və ABŞ prezidentinin impiçmenti həyata keçiriləcək. Beləliklə, ölkədə növbədənkənar seçkilər keçiriləcək. 

Növbədənkənar seçkilərdə isə ağır zərbə alan Respublikaçıların qalib gələcəyi heç də inandırıcı görünmür.

Göründüyü kimi ABŞ-ın siyasi cameəsində “yorğan” davası gedir və bu yolda ən müxtəlif üsullardan istifadə edilir. Bu da ABŞ demokratiyasının fəlsəfəsini və iç üzünü hər kəsə göstərir.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qaraçı qızı canlandıracaq

Qaraçı qızı canlandıracaq

Avropada reaktiv yanacağın qiyməti rekord həddə çatıb

Avropada reaktiv yanacağın qiyməti rekord həddə çatıb

İranın Hörmüz boğazından keçid üçün rüsum tətbiqi ideyası 40-dan çox ölkə tərəfindən rədd edildi

İranın Hörmüz boğazından keçid üçün rüsum tətbiqi ideyası 40-dan çox ölkə tərəfindən rədd edildi

"Marsel"də maaş xərcləri klub tarixinin rekord səviyyəsinə ÇATDI

"Marsel"də maaş xərcləri klub tarixinin rekord səviyyəsinə ÇATDI

Azərbaycanın “Avroviziya”dakı səhnəyə çıxış sırası AÇIQLANDI

Azərbaycanın “Avroviziya”dakı səhnəyə çıxış sırası AÇIQLANDI

Aprelin bu günlərində dəfnə yarpağı yandırın: Həyatınız görün necə dəyişəcək

Aprelin bu günlərində dəfnə yarpağı yandırın: Həyatınız görün necə dəyişəcək

"Valideyn oğlu evlənəndə qızın musiqi zövqünü yoxlamalıdır"

"Valideyn oğlu evlənəndə qızın musiqi zövqünü yoxlamalıdır"

Qızıl mağazasına müştəri kimi girib üzük oğurladı - VİDEO

Qızıl mağazasına müştəri kimi girib üzük oğurladı - VİDEO

Buffon da istefa verdi

Buffon da istefa verdi

Gəncədə 41 yaşlı kişiyə kəsici alətlə xəsarət yetirildi

Gəncədə 41 yaşlı kişiyə kəsici alətlə xəsarət yetirildi

"Euronews": Regiondakı hadisələr fonunda Azərbaycan-Aİ tərəfdaşlığı möhkəmlənir - FOTO

"Euronews": Regiondakı hadisələr fonunda Azərbaycan-Aİ tərəfdaşlığı möhkəmlənir - FOTO

SEPAH daha bir ABŞ təyyarəsini vurdu – ANBAAN VİDEO

SEPAH daha bir ABŞ təyyarəsini vurdu – ANBAAN VİDEO

Londonda evini rekord qiymətə satdı

Londonda evini rekord qiymətə satdı

Gürcüstanda öldürülən 20 yaşlı Ümid 1 həftə əvvəl evlənibmiş – FOTO

Gürcüstanda öldürülən 20 yaşlı Ümid 1 həftə əvvəl evlənibmiş – FOTO

Cevdet Yılmaz ad gününü Bakıda qeyd etdi – FOTO/VİDEO

Cevdet Yılmaz ad gününü Bakıda qeyd etdi – FOTO/VİDEO

"Çocuklar Duymasın"ın Eminesinin son halı təəccübləndirdi - FOTO

"Çocuklar Duymasın"ın Eminesinin son halı təəccübləndirdi - FOTO

Ermənistanda poliqonda PARTLAYIŞ: Ölən var

Ermənistanda poliqonda PARTLAYIŞ: Ölən var

Xərclənən pullar hara gedir? - İndi də Bakı-Qazax yolu – VİDEO

Xərclənən pullar hara gedir? - İndi də Bakı-Qazax yolu – VİDEO

Toy etmək üçün restoranlarda yer tapılmır

Toy etmək üçün restoranlarda yer tapılmır

NASA 50 il sonra ilk dəfə Aya insanlı missiyanı həyata keçirib

NASA 50 il sonra ilk dəfə Aya insanlı missiyanı həyata keçirib

SON DƏQİQƏ! Türkiyədə ZƏLZƏLƏ oldu

SON DƏQİQƏ! Türkiyədə ZƏLZƏLƏ oldu

Quterreşdən ÇAĞIRIŞ: “Müharibənin astanasındayıq”

Quterreşdən ÇAĞIRIŞ: “Müharibənin astanasındayıq”

Evinizdə bu əşyalar varsa, dərhal ATIN - Ailədə davaya səbəb OLUR

Evinizdə bu əşyalar varsa, dərhal ATIN - Ailədə davaya səbəb OLUR

Türkiyənin DÇ-dəki oyununun vaxtı dəyişdirildi

Türkiyənin DÇ-dəki oyununun vaxtı dəyişdirildi

End of content

No more pages to load

RADİO