Azərbaycan Mərkəzi Bankı (AMB) rəqəmsal manat üçün infrastrukturun yaradılması istiqamətində işlərə başlayıb.
Bizim.Media-nın məlumatına görə, AMB bu istiqamətə analiz və tədqiqat işləri görür və qısa zamanda nəticələr barədə ictimaiyyətə məlumat veriləcək.
Xatırladaq ki, hazırda bir sıra ölkədə daxili rəqəmsal valyutaların yaradılması məsələsi gündəmdədir.
Məsələn, Avropa Mərkəzi Bankının rəhbərliyi bütün yerli mərkəzi banklara tövsiyələr verib ki, onlar öz "stablecoin"lərini yaratsınlar. Yaxın 5 ildə Avropa öz rəqəmsal avrosunu yaratmaq niyyətindədir.
Bu gün Çin də artıq öz rəqəmsal valyutasını – rəqəmsal yuan yaradıb və sınaqdan keçirir (APA)
Bizim.Media