Qəzza zolağında girovların azad edilməsi və anklavda atəşkəsə nail olunması ilə bağlı aparılan danışıqlar həlledici mərhələyə qədəm qoyub.
Bizim.Media xəbər verir ki, bu barədə CNN Fələstinin radikal HƏMAS hərəkatındakı mənbəyə istinadla məlumat yayıb.
Məlumata görə, qarşıdakı 24 saat sövdələşmə üçün son dərəcə vacib vaxt olacaq.
Bildirilib ki, hazırda Qahirədə Misir, ABŞ, Qətər və İsrail nümayəndələri arasında məsələ ilə bağlı məşvərət görüşü keçirilir. Görüşdə Qəzzada radikalların əlində olan girovların İsrail həbsxanalarında məhbus olan fələstinlilərlə dəyişdirilməsinə dair mümkün razılaşma, habelə anklavda atəşkəs rejiminin yaradılması perspektivləri müzakirə olunur.
Bizim.Media