ABŞ Senatı aylarla davam edən siyasi çəkişmələrdən sonra Ukrayna, İsrail və Tayvana 95 milyard dollarlıq (75,2 milyard funt sterlinq) yardım paketini təsdiqləyib.
Bizim.Media xəbər verir ki, bununla bağlı BBC məlumat yayıb.
Məlumata görə, yardım paketinə Kiyev üçün 60 milyard dollar, İsrailin HƏMAS-a qarşı müharibəsi üçün 14 milyard dollar və Qəzza da daxil olmaqla digər münaqişə bölgələrinə humanitar yardım üçün 10 milyard dollar daxil edilib.
Bizim.Media