"Best Model Of Turkey"in təsisçisi və yaradıcısı Erkan Özerman vəfat edib.
Bizim.Media xəbər verir ki, Özerman 86 yaşında müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Erkanın xərçəng xəstəliyindən əziyyət çəkdiyi bildirilib.
Qeyd edək ki, E.Özerman dəfələrlə Azərbaycana gələrək Bakıda da gözəllik yarışmaları keçirmişdi.
Rəşad Əliyev, Bizim.Media