Xalq artisti Emin Ağalarov Rusiyanın “Arqumentı i faktı” nəşrinə verdiyi müsahibəsi ilə diqqətləri üzərinə cəmləyib.
Bizim.Media xəbər verir ki, jurnalistin “Böyük istedadı, populyarlığı və pulu olan insanlar çox vaxt bədbəxt olurlar və çox yaşamırlar. Niyə?” sualına sənətçi məntiqli cavabı ilə maraq doğurub.
“Uğur adətən şəxsi həyatınıza zərər verir. Belə insanlar çox vaxt təkdirlər. Çox pulun, ümumiyyətlə, xoşbəxtliklə heç bir əlaqəsi yoxdur. Ev, maşın, yaxta, təyyarə ala bilərsiniz. Bu, gündəlik problemləri həll etmək üçün bir vasitədir. Ancaq xoşbəxtliyi satın ala bilməzsən”, - deyə Emin vurğulayıb.
Rəşad Əliyev, Bizim.Media