Fövqəladə Hallar Nazirliyinin 112 - qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
FHN-in mətbuat xidmətindən Bizim.Media-ya bildiriblər ki, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1949-cu il təvəllüdlü Əliyeva Məryəm Nəsib qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.
Bizim.Media