Kinodan ƏYLƏNCƏYƏ... – “Azərbaycan” kinoteatrı profilini niyə DƏYİŞİB?

İnternetin, onlayn video platformaların, sosial şəbəkələrin olmadığı dövrdə insanlar yeni istehsal olunan filmlərə kinoteatrlarda baxırdılar. 

Kinoteatrlarda nümayiş olunan filmlərə baxmaq üçün növbələr yaranırdı. Bu məqsədlə paytaxtda və bölgələrdə bir neçə kinoteatr fəaliyyət göstərib.

İndi həmin kinoteatrların sayı azalıb, bəzi kinoteatr binaları özəlləşdirilərək təyinatı dəyişdirilib, bəziləri isə sökülüb. Hazırda həmin kinoteatrlar ancaq yaşlı insanların xatirəsində qalmaqdadır.

Dövrün tələbinə uyğun alternativlərin olduğunu nəzərə alsaq tamaşaçı sayının azlığı başa düşüləndir. Buna rəğmən statististik rəqəmlərdən xeyli sayda insanın kinoteatrlara həvəs göstərdiyi məlumdur. Həmçinin, bəzi kinoteatr binaları həm də unikal memarlıq üslübü ilə seçilib.

Belə kinoteatrlardan biri Bakının mərkəzində yerləşən “Azərbaycan” kinoteatrıdır. Binanın inşasının XIX əsrə aid olduğu yazılır, bina “Mirzə Avakovun və Qarabəyovun evi” adlanıb.

Formasına görə, “Ütü ev” deyənlər də olub. 1909-cu ildə “Ekspress” adı ilə fəaliyyətə başlayan kinoteatr 1920-ci ildə “Qırmızı şərq”, 1940-cı illərdə isə “Azərbaycan” adlandırılıb. 

Kinoteatrın 2011-ci ildə fəaliyyəti dayandırılıb. Bina özəlləşdirilib və 2016-cı ildə təmiri yekunlaşan kinoteatrın bir hissəsində (1350 kvadratmetr) “Hard Rock” kafesi, bir hissəsi isə “CinemaPlus” premium kinoteatrlar şəbəkəsinin tərkibində fəaliyyət göstərir. 

Bu ilin yayında sözügedən kafe bağlanıb. Hazırda kafenin yerləşdiyi ərazi boşdur. Vaxtilə bütövlükdə fəaliyyət göstərən kinoteatr isə sadəcə 2 mərtəbə, 3 zal və 190 oturacaq yerdən ibarətdir.
Sözügedən kafe bağlandıqdan sonra Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) və bir neçə kino xadimi sosial şəbəkədə kinoteatrın zallarının qaytarılması ilə bağlı çıxış etdilər.

Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) katibi Əli İsa Cabbarov Bizim.Media-ya açıqlamasında bildirib ki, kafenin ərazisinin kinoteatr zalına çevrilməsi bir arzudur:

“Bu, rəsmi müraciət deyildi. Ora artıq özəlləşdirilib və kafenin, həmin ərazinin profilinin dəyişdirilməsi ilə bağlı təkid oluna bilməz, yalnız arzu oluna bilər”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Moskvadan Antalyaya uçan təyyarə təcili eniş etdi

Moskvadan Antalyaya uçan təyyarə təcili eniş etdi

Rusiya Ukraynada ciddi itkilər verir

Rusiya Ukraynada ciddi itkilər verir

Sabah bəzi yerlərdə yağış yağacaq

Sabah bəzi yerlərdə yağış yağacaq

"Qarabağ"ın keçmiş hücumçusu yeni kluba keçdi

"Qarabağ"ın keçmiş hücumçusu yeni kluba keçdi

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı öldü

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı öldü

San-Fransiskoda 130 mindən çox insan işıqsız qaldı - VİDEO

San-Fransiskoda 130 mindən çox insan işıqsız qaldı - VİDEO

Azərbaycandan XOŞMƏRAMLI ADDIM – Regionda geosiyasi struktur DƏYİŞİR?

Azərbaycandan XOŞMƏRAMLI ADDIM – Regionda geosiyasi struktur DƏYİŞİR?

"Kuruluş Osman"ın aktrisası yeni serialda

"Kuruluş Osman"ın aktrisası yeni serialda

Tərtərdə kanalda batan şəxsin kimliyi AÇIQLANDI

Tərtərdə kanalda batan şəxsin kimliyi AÇIQLANDI

Bu gün Azərbaycana qış gələcək

Bu gün Azərbaycana qış gələcək

Ukrayna bu ərazini boşaldır

Ukrayna bu ərazini boşaldır

Tərtərdə bədbəxt HADİSƏ - Bir nəfər kanalda batdı

Tərtərdə bədbəxt HADİSƏ - Bir nəfər kanalda batdı

Prezidentin Rusiyaya səfəri gözlənilir

Prezidentin Rusiyaya səfəri gözlənilir

Ukrayna partizanları Rostovda dəmir yolu qovşağını partlatdı - VİDEO

Ukrayna partizanları Rostovda dəmir yolu qovşağını partlatdı - VİDEO

Ermənistan bankları rusiyalılara hesab açmaqdan imtina etdi - SANKSİYALARDAN QORXURLAR?

Ermənistan bankları rusiyalılara hesab açmaqdan imtina etdi - SANKSİYALARDAN QORXURLAR?

Samara vilayətində 4 uşaq itkin düşdü - FOTO

Samara vilayətində 4 uşaq itkin düşdü - FOTO

Naxçıvan hava limanında sərnişinlərin qızıllarını oğurlayanlar aeroportun işçiləri olub - TƏFƏRRÜAT

Naxçıvan hava limanında sərnişinlərin qızıllarını oğurlayanlar aeroportun işçiləri olub - TƏFƏRRÜAT

Ukraynanın parçalanmasında maraqlı deyilik - Orban

Ukraynanın parçalanmasında maraqlı deyilik - Orban

Netanyahu Trampa İrana yeni hücum planı təqdim edəcək

Netanyahu Trampa İrana yeni hücum planı təqdim edəcək

Çin Rusiyadan rekord həddə QIZIL ALDI

Çin Rusiyadan rekord həddə QIZIL ALDI

Mbappe Ronaldonun rekordunu təkrarladı

Mbappe Ronaldonun rekordunu təkrarladı

"Polat Alemdar" doğum gününü belə qeyd etdi - FOTO

"Polat Alemdar" doğum gününü belə qeyd etdi - FOTO

Uitkoffu ABŞ-ın danışıqçısı kimi Putin özü seçib? - DETALLAR

Uitkoffu ABŞ-ın danışıqçısı kimi Putin özü seçib? - DETALLAR

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

End of content

No more pages to load

RADİO