Dollar dünyanın əsas valyutası rolunu İTİRİR? – TƏHLİL 

Xəbər verildiyi kimi, sıralarını genişləndirməkdə olan “BRICS Plus” ölkələrinin ortaq valyuta buraxacaqları ilə bağlı iddialar yayılıb. Bunun hesabına da ABŞ dollarının beynəlxalq ödəmələrdəki statusunun sual altına düşəcəyi deyilir. Bu iddianı gücləndirən başlıca səbəb isə “BRICS Plus” ölkələrinin dünya iqtisadiyyatında payının sürətlə artmasıdır.

Bəs, “BRICS Plus” yaxın gələcəkdə ABŞ dollarının dünyadakı hökmranlığına son qoya bilərmi?
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda dollarla bağlı VACİB XƏBƏR 


Düşünmədən demək olar ki, “xeyr”. Səbəbsə çox sadədir. Dünya iqtisadiyyatı, demək olar ki, dollarla idarə olunur. Nəzərə alaq ki, 1944-cü ildə baş tutan Bretton-Vuds konfransından sonrakı dövriyyədə bir çox milli valyutaların məzənnələri müəyyən miqdarda qızıla dəyişdirilə bilən ABŞ dollarının sabit məzənnəsi ilə müqayisə edilməyə başlanıldı. Bu isə ABŞ dollarının qlobal valyuta kimi üstünlüyünə səbəb oldu.

20-ci əsrin ortalarından etibarən faktiki dünya valyutası ABŞ dolları oldu. Məsələn Robert Gilp 2001-ci ildə “Qlobal Siyasi İqtisadiyyat” kitabında yazırdı ki, bütün beynəlxalq maliyyə əməliyyatlarının təxminən 40-60%-i dollarla icra edilir:

“Onilliklər ərzində dollar dünyanın əsas ehtiyat valyutası olub. 1996-cı ildə dünya ölkələrinin mərkəzi bankları bütün valyuta ehtiyatlarının üçdə ikisini dollarda saxlayırdı”.

Bəzi ölkələr - Ekvador, Salvador və Panama hətta irəli gedərək ABŞ dollarına keçərək öz milli valyutalarından imtina etdilər.

Hazırda isə mənzərə xeyli fərqlidir. 

ABŞ dolları qlobal ehtiyat valyutası kimi üstünlüyünü XXI əsrdə daha da artırıb. Hazırda dünya ölkələri valyuta ehtiyatlarının 63,9%-i dollarda, 26,5%-i isə avroda, 10 faiz isə digər valyutada saxlayır. 

ABŞ dollarının əsas valyutalara nisbətdə dəyəri son 25 il ərzində böyük ölçüdə dəyişməz qalıb. Bununla belə, 1999-cu ildə avro dövriyyəyə buraxılandan sonra ABŞ dollarının dünya ehtiyatlarındakı payında qısamüddətli dalğalanmalar baş verdi. Lakin ötən 25 ildə dollar dünyanın əsas tədavül və yığım vasitəsi olmağı bacardı.

Bunun da bir sıra səbəbləri var. 

Əsas siyasi səbəbdir. ABŞ XXI əsrdə hələki super güc olaraq qalır. Məhz, öz siyasi, iqtisadi və hərbi gücündən istifadə edən ABŞ öz təsiri altında olan dövlətləri məcbur edir ki, valyuta ehtiyatlarını dollarla saxlasınlar. 

Bundan əlavə, həmin dövlətlərin xarici ticarət dövriyyəsi də dollarla tənzimlənir. Vaşinqton öz siyasi nüfuzundan istifadə edərək, Beynəlxalq Valyuta Fondunu, Dünya Bankını və digər maliyyə institutlarını öz təsiri altında saxlayır. Bu da dolların sərhədlərini günbəgün genişləndirir.

Bəs, iqtisadi səbəblər hansılardır?

Nəzərə alaq ki, ABŞ dünyanın ən böyük iqtisadiyyatına malikdir. Ona görə də dünyanın bütün ölkələri ABŞ-a investisiya yatırır. Bu gün təkcə Çin investorları ABŞ iqtisadiyyatına 3 trilyondan artıq investisiya yatırıb. Hələ Hindistanı və neftlə zəngin ərəb dövlətlərini demirik. Əgər sabah dollar öz dəyərini itirsə, onda bu dövlətlər çox böyük zərər görə bilərlər. Ona görə də istəməsələr də, digər dövlətlər dolların yüksək məzənnədə qalmasında maraqlıdırlar.

Bax, bu iki səbəb imkan verməz ki, yaxın illərdə dollar dünya bazarından sıxışdırılıb çıxarılsın.

“BRICS Plus”-a qədər dolları sıxışdırmaqla bağlı iddialar çox olub. Avropa İttifaqı avronu dövriyyəyə buraxmaqla, yaxud Rusiya və Çin ikili valyuta ilə dolları boykot etmək istəyib. Lakin bütün təşəbbüslər səmərəsiz qalıb. Dollar dünya iqtisadiyyatında öz əvəzolunmaz statusunu saxlayıb.

Dolları gələcəkdə dövriyyədən çıxartmaq olar. 

Amma buna uzun zaman lazımdır. İlk növbədə, dünya dövlətləri dollardan imtina edib, valyuta ehtiyatlarını digər dayanıqlı valyutaya çevirməlidirlər. İkinci addım ondan ibarət olmalıdır ki, beynəlxalq aləmdə bütün ticarət dövriyyəsi dollarsız həyata keçirilməlidir. Üçüncüsü,  aparıcı şirkətlər ABŞ-dakı investisiyaların geri çəkməlidir. Və ən nəhayət, ABŞ supergüc statusunu itirməlidir. 

Nə qədər ki, ABŞ dünyada əsas gücdür, o vaxtadək dollar da əsas tədavül və yığım vasitəsi olacaq. Amma indiki halda dolların hansısa valyuta qarşısında dəyərini itirməsi təkcə ABŞ-a yox, bütün dövlətlərə zərbədir. Hətta “BRICS Plus” ölkələri indiki halda dolları dəyərsizləşdirmək haqqında düşünmürlər. 
Amma gələcək üçün vədlər verilir. Bu da daha çox iqtisadi basqıdır. Bir sözlə yaxın 20 ildə dolların dəyərdən düşməsi və dünyanın əsas tədavül və yığım vasitəsi statusunu itirməsi ehtimalı sıfıra bərabərdir.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Üzgüçülərimiz İslamiadada 2-ci medal qazandılar

Üzgüçülərimiz İslamiadada 2-ci medal qazandılar

Türkiyəli ekspert Qarabağ Zəfərinin əhəmiyyətindən danışdı

Türkiyəli ekspert Qarabağ Zəfərinin əhəmiyyətindən danışdı

Qurban Qurbanov: "Çox vacib bir qələbə qazandıq"

Qurban Qurbanov: "Çox vacib bir qələbə qazandıq"

“Qarabağ”ın Çempionlar Liqasındakı rəqibi UDUZDU

“Qarabağ”ın Çempionlar Liqasındakı rəqibi UDUZDU

Milli Olimpiya Komitəsinin rəsmiləri Ər-Riyadda Atletlər kəndində - FOTO

Milli Olimpiya Komitəsinin rəsmiləri Ər-Riyadda Atletlər kəndində - FOTO

6 milyard dəyərində mirası olduğu üzə çıxdı - 2 övladını mirasdan məhrum edib

6 milyard dəyərində mirası olduğu üzə çıxdı - 2 övladını mirasdan məhrum edib

İkinci Qarabağ müharibəsinin bitməsindən 5 il keçir

İkinci Qarabağ müharibəsinin bitməsindən 5 il keçir

Mustafa Kamal Atatürkün vəfatından 87 il ötür

Mustafa Kamal Atatürkün vəfatından 87 il ötür

Ehsan süfrəsində 94 nəfər zəhərləndi

Ehsan süfrəsində 94 nəfər zəhərləndi

Göygöldə piyadanı avtomobil vuraraq öldürdü

Göygöldə piyadanı avtomobil vuraraq öldürdü

Zelenskidən XƏBƏRDARLIQ: Rusiya daha çox ballistik raketlərdən istifadə edir

Zelenskidən XƏBƏRDARLIQ: Rusiya daha çox ballistik raketlərdən istifadə edir

SON DƏQİQƏ: Dnepropetrovsk və Zaporojye bölgələrindən əhali məcburi təxliyə edilir

SON DƏQİQƏ: Dnepropetrovsk və Zaporojye bölgələrindən əhali məcburi təxliyə edilir

Sabah maqnit qasırğası olacaq

Sabah maqnit qasırğası olacaq

Qurban Qurbanov şəhid övladları ilə - FOTO

Qurban Qurbanov şəhid övladları ilə - FOTO

Bakının elit məkanında baş verənlər: Reper, tiktoker və bloqerlər nələrlə məşğuldurlar? - VİDEO

Bakının elit məkanında baş verənlər: Reper, tiktoker və bloqerlər nələrlə məşğuldurlar? - VİDEO

"Formula-1": Braziliya Qran-prisinin qalibi bəlli oldu

"Formula-1": Braziliya Qran-prisinin qalibi bəlli oldu

ABŞ Ukraynaya silah satışını dayandırdı

ABŞ Ukraynaya silah satışını dayandırdı

Qusarda şəhid Şixmir Ağamirovun xatirəsi yad edildi - FOTO

Qusarda şəhid Şixmir Ağamirovun xatirəsi yad edildi - FOTO

Paradda nümayiş olunan hərbi texnikalarımızın hansı xüsusiyyətləri var? - VİDEO

Paradda nümayiş olunan hərbi texnikalarımızın hansı xüsusiyyətləri var? - VİDEO

2 kilometr sonra Ermənistandır - VİDEO

2 kilometr sonra Ermənistandır - VİDEO

Qurban Qurbanovdan AÇIQLAMA: "Qarabağ" hücumçu axtarışındadır"

Qurban Qurbanovdan AÇIQLAMA: "Qarabağ" hücumçu axtarışındadır"

Tramp hər ABŞ vətəndaşına 2000 dollar vəd etdi

Tramp hər ABŞ vətəndaşına 2000 dollar vəd etdi

Gəncədə 16 yaşlı məktəbli bıçaqlandı

Gəncədə 16 yaşlı məktəbli bıçaqlandı

Şəki qəzasında 6 nəfər xəsarət alıb - FOTO

Şəki qəzasında 6 nəfər xəsarət alıb - FOTO

End of content

No more pages to load

RADİO