Pop-musiqinin kraliçası Madonna 19,3 milyon dollar dəyərində lüks bir malikanə alıb.
Bizim.Media xarici mətbuata istinadla xəbər verir ki, sarayı xatırladan evdə doqquz yataq otağı, doqquz hamam, 5 avtomobillik qaraj, şərab anbarı, hovuz və basketbol meydançası var.
Məlumata görə, malikanənin əvvəlki sahibi kanadalı müğənni Ze Vikend olub.
Bizim.Media