Əməkdar artist Vasif Məhərrəmli bu gün plastik əməliyyat etdirəcəyini açıqlayıb.
Bizim.Media xəbər verir ki, bu haqda sənətçi sosial şəbəkə hesabında məlumat yayıb.
Həmkarı Sərxan Kərəmoğlunun məsləhətinə əməl etdiyini söyləyən Məhərrəmov boyun və buxaq nahiyəsində sallaq vəziyyətdə olan artıq ətlərdən qurtulmaq, eyni zamanda sərt çənə əldə etmək üçün bıçaq altına uzanacaq.
Sosial şəbəkə əhli Vasifin əməliyyatdan sonrakı halını və nəticəni görmək istəkdilərini yazıblar.
Rəşad Əliyev, Bizim.Media