“Evdə tək” filmi ilə populyarlaşan və sevilən Makoley Kalkin daha evdə tək qalmayacaq.
Bizim.Media “REN TV”yə istinadən xəbər verir ki, yaddaşlarda Kevin kimi qalan amerikalı aktyor ata olub.
Hafizəmizə 7 yaşlı uşaq kimi gömülən Makoley Kalkin dünyaya gələn oğluna mərhum bacısı Dakotanın adını qoyub.
Yetkin həyat tərzinə keçən aktyorun yeni bir filmdə çəkiləcəyi barədə məlumatlar da açıqlanıb. Belə ki, Kalkin “Amerikanın qorxular tarixi” teleserialının yeni mövsümündə 73 yaşlı Keti Beytslə intim səhnə bölüşəcək.
Bizim.Media