Azərbaycanda Prezident seçkiləri seçki qanunvericiliyinə və ölkə konstitusiyasına uyğun keçirilib.
Bizim.Media xəbər verir ki, bunu Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərində aparılan monitorinqin yekunlarına dair brifinqdə deyib.
"Azərbaycanda seçki məntəqələrində olarkən seçici fəallığının yüksək olması bizi yaxşı anlamda təəccübləndirdi. Məntəqələrin qarşısında səs vermək istəyən vətəndaşların uzun növbələri yaranmışdı. Əminəm ki, bütün beynəlxalq müşahidəçilər yekdilliklə bəyan edə biləcəklər ki, Azərbaycanda seçkilər şəffaf keçdi”.
Bizim.Media