Səfir: “Türkiyə-Azərbaycan əlaqələrini Şuşa Bəyannaməsi çərçivəsində möhkəmləndirəcəyik” - FOTO

“Qardaş Azərbaycan xalqının seçimi və iradəsi ilə 5-ci dəfə Prezident seçilən qalib xalqın qalib lideri cənab İlham Əliyevi ürəkdən təbrik edir, seçkinin nəticəsinin qardaş Azərbaycan üçün xeyirli olmasını arzu edirik”.

Bizim.Media xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı “X” hesabında qeyd edib.

“Yeni dövrdə Şuşa Bəyannaməsinin hədəfləri çərçivəsində Türkiyə-Azərbaycan əlaqələrinin daha da inkişaf etdirilməsi və möhkəmləndirilməsi üçün dövlət birliyi anlayışı ilə var gücümüzlə çalışacağıq.

Dünən, bu gün və sabah hamımız bir yerdə, yan-yana, arxa-arxa, əl-ələ, çiyin-çiyinə olacağıq”, - deyə diplomat qeyd edib.

Qeyd edək ki, ötən gün keçirilən növbədənkənar prezident seçkilərində hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparıb.

Hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev hazırki nəticələrə əsasən 92,1 faiz səslə liderlik edir.



Bizim.Media
 

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Yuventus" "Napoli"yə qalib gəldi

"Yuventus" "Napoli"yə qalib gəldi

Stressi məğlub etməyin təbii yolları - Nəfəs, təbiət və bitkilər

Stressi məğlub etməyin təbii yolları - Nəfəs, təbiət və bitkilər

“Qalatasaray” onu heyətinə qatdı

“Qalatasaray” onu heyətinə qatdı

"Mançester Yunayted" səfərdə "Arsenal"ı məğlub etdi

"Mançester Yunayted" səfərdə "Arsenal"ı məğlub etdi

HAMAS son girovun dəfn olunduğu yeri İsrail tərəfinə bildirdi

HAMAS son girovun dəfn olunduğu yeri İsrail tərəfinə bildirdi

“Qalatasaray”la Ali Koç arasında vəziyyət gərginləşdi

“Qalatasaray”la Ali Koç arasında vəziyyət gərginləşdi

“ChatGPT”dən istifadə etdiyi üçün klubdan qovuldu

“ChatGPT”dən istifadə etdiyi üçün klubdan qovuldu

Qar yağan kimi işıqlar niyə sönür? - VİDEO

Qar yağan kimi işıqlar niyə sönür? - VİDEO

Xərçəngə qarşı ŞOK İNQİLAB

Xərçəngə qarşı ŞOK İNQİLAB

Müasir Azərbaycan gənci hansı dilləri bilməlidir?

Müasir Azərbaycan gənci hansı dilləri bilməlidir?

Samuxda qəssab kəsici alətlə xəsarət aldı

Samuxda qəssab kəsici alətlə xəsarət aldı

Mehdiabadda qaz xəttində qəza: Qəsəbə mavi yanacaqsız qaldı - VİDEO

Mehdiabadda qaz xəttində qəza: Qəsəbə mavi yanacaqsız qaldı - VİDEO

ABŞ-dan şok etiraf: Ukrayna savaşı Rusiyanı zəiflətmədi

ABŞ-dan şok etiraf: Ukrayna savaşı Rusiyanı zəiflətmədi

Mustafa Cecelinin Bakıdakı ifası müzakirə yaratdı - VİDEO

Mustafa Cecelinin Bakıdakı ifası müzakirə yaratdı - VİDEO

Uitkoff: “ABŞ İsraillə Trampın Qəzza planını müzakirə etdi”

Uitkoff: “ABŞ İsraillə Trampın Qəzza planını müzakirə etdi”

Ryabkov Trampın Rusiyaya səfər üçün dəvət aldığını təsdiqlədi

Ryabkov Trampın Rusiyaya səfər üçün dəvət aldığını təsdiqlədi

Zelenski: “Ukrayna heç bir halda Donbası Rusiyaya verməyəcək”

Zelenski: “Ukrayna heç bir halda Donbası Rusiyaya verməyəcək”

Sumqayıtdakı həmin məmuru "Komedixana"da belə parodiya etdilər — VİDEO

Sumqayıtdakı həmin məmuru "Komedixana"da belə parodiya etdilər — VİDEO

Daşaltı faciəsindən Şuşa zəfərinə STRATEJİ BAXIŞ - VİDEO

Daşaltı faciəsindən Şuşa zəfərinə STRATEJİ BAXIŞ - VİDEO

Bəhreyn Krallığında Anlaşma Memorandumu imzalandı

Bəhreyn Krallığında Anlaşma Memorandumu imzalandı

Piyada keçidində maşının üstünə tullandı - Polis araşdırır - VİDEO

Piyada keçidində maşının üstünə tullandı - Polis araşdırır - VİDEO

"Barselona" rahat qələbə qazandı

"Barselona" rahat qələbə qazandı

Naxçıvana gedənlərə ŞAD XƏBƏR: Yeni nəqliyyat marşrutu açılır - VİDEO

Naxçıvana gedənlərə ŞAD XƏBƏR: Yeni nəqliyyat marşrutu açılır - VİDEO

Arzu Yusifova vəzifəsindən azad edildi

Arzu Yusifova vəzifəsindən azad edildi

End of content

No more pages to load

RADİO