Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanda keçirilən növbədənkənar prezident seçkiləri ilə bağlı bəyanat yayıb.
Bizim.Media xəbər verir ki, bəyanatda deyilir:
“7 fevral tarixində keçirilən prezident seçkilərinin qardaş Azərbaycan üçün faydalı olacağına ümid edirik.
Seçkilərin bütün Azərbaycanda, o cümlədən işğaldan azad edilmiş ərazilərdə dinc şəraitdə keçirilməsi bizi sevindirir. Azərbaycan xalqının seçki prosesi zamanı göstərdiyi fəallığı yüksək qiymətləndiririk”.

Bizim.Media