Xalq artisti Məleykə Əsədova qızı Gülər və bacısı Mətanətlə birgə ölkədə keçirilən prezident seçkilərində səsvermə hüququndan istifadə edib.
Bizim.Media xəbər verir ki, bu haqda sənətçi sosial şəbəkə hesabında məlumat verib.
Aktrisa ailə üzvləri ilə bərabər seçki məntəqələrinin birinə yaxınlaşaraq qeydiyyatdan keçib və istədiyi namizədə səs verib.
Həmin an çəkilən fotoları isə Məleykə “Instagram” səhifəsində paylaşıb.
Rəşad Əliyev, Bizim.Media