Minifutbol üzrə Azərbaycan çempionatında 9-cu tura start verilib.
Bizim.Media xəbər verir ki, ilk oyun günündə 4 qarşılaşma baş tutub.
Bu görüşlərdə 31 qol vurulub. Çempionluğa iddialı “Zirə” mövsümün startında ardıcıl 9-cu qələbəsini qazanıb. Qəsəbə klubu turun mərkəzi oyununda ən yaxın izləyicisi “Birbaşa Bakı”nı məğlub edib.
Qeyd edək ki, turun digər qarşılaşmaları bu gün baş tutacaq.
Azərbaycan çempionatı
IX tur
6 fevral
“Veteran” – “Aznur” – 4:8
“Real” – “Odlar Yurdu” – 3:6
“Zirə” - “Birbaşa Bakı” – 4:1
“Siyəzən” – “Turan” – 2:3
Rəşad Rafiqoğlu, Bizim.Media