Azərbaycan Premyer Liqasında tamaşaçı sayında yeni rekord qeydə alınıb.
Bizim.Media xəbər verir ki, bu barədə PFL məlumat yayıb.
Bildirilib ki, XXI turun “Sumqayıt” – “Neftçi” görüşünü 8100 izləyici seyr edib.
10 ildən sonra çempionat matçını qəbul edən Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundakı bu göstərici 2023/24 mövsümünün yeni rekordudur. Bunadək rekord X turun “Turan Tovuz” “Qarabağ” qarşılaşmasına (2:2) məxsus idi. Həmin matçı 6000 seyrçi izləmişdi.
Qeyd edək ki, “Sumqayıt” – “Neftçi” oyununda meydan sahibləri 2:1 hesablı qələbə qazanıblar.
Rəşad Rafiqoğlu, Bizim.Media