Misli Premyer Liqasında 21-ci turun oyunları keçirilir.
Bizim.Media xəbər verir ki, ikinci oyun gününün sonuncu qarşılaşması “Qəbələ” ilə “Zirə” arasında baş tutub. Tərəflər meydanı hərəyə 1 qol və 1 xalla tərk ediblər.
Xatırladaq ki, daha öncə “Səbail” evdə “Qarabağ”a 1:2 hesabıyla uduzub, “Sabah” – “Turan Tovuz” matçında isə qalib müəyyənləşməyib – 1:1. “Sumqayıt” da bu gün “Neftçi”yə 2 cavabsız qolla qalib gəlib. Tura sabah keçiriləcək “Kəpəz”– “Araz-Naxçıvan” oyunu ilə yekun vurulacaq.
Misli Premyer Liqası
21-ci tur
4 fevral
“Qəbələ” – “Zirə” 1:1
Qollar: Ülvi İsgəndərov, 14 – İlkin Muradov, 19.
Hakimlər: Rəşad Əhmədov, Şirmamed Mamedov, Asiman Əzizli, Nicat İsmayıllı
Qəbələ şəhər stadionu, 17:30.