Həndbol üzrə Azərbaycan çempionatında 9-cu turun iki oyunu baş tutub.
Bizim.Media xəbər verir ki, kişilərin yarışında “Bakı” və “Qarabağ” qələbə qazanıb. Yüksək yerlər uğrunda mübarizə aparan hər iki komanda autsayderləri məğlub edib. “Bakı” “Təhsil”ə, “Qarabağ” “İdman Akademiyası”na qalib gəlib.
Qeyd edək ki, tura sabah qadınların yarışında “Kür – Gənclərbirliyi”, kişilərin mübarizəsində isə “Kür” – “Dinamo” matçları ilə yekun vurulacaq.
IX tur
Kişilər
3 fevral
Bakı – Təhsil – 40:23
İdman Akademiyası – Qarabağ – 16:36
Rəşad Rafioğlu, Bizim.Media