Aparıcı Zaur Baxşəliyev son zamanlar "TikTok" video platforması ilə bağlı cəmiyyətdə səslənən tənqidi fikirlərə münasibət bildirib.
Bizim.Media xəbər verir ki, bu haqda Zaur aparıcısı olduğu "Zaurla Günaydın" verilişində danışıb.
"Mən "TikTok" video platformasını çox bəyənirəm. "TikTok"erləri sevirəm. Hamısına da baxıram, zövq alıram, möhtəşəmdirlər. Onlara baxanda ruhum, eynim açılır.
Gülürəm... Bu sözlərimi hamısına aid edirəm.
Kefim pozulanda "TikTok"u açıram, baxıram, ürəyim açılır. Bəziləri deyir, “Azərbaycan kanallarına baxmıram”. Amma ağzını açanda hər şeydən xəbər verir. Elə şeyi sevmirəm. Mən də övladlarımla TikTok-da video paylaşıram", - deyə Zaur vurğulayıb.
Rəşad Əliyev, Bizim.Media