Azərbaycanın Türkiyədəki səfirliyinin kollektivi Ankarada Məhəmməd Əmin Rəsulzadənin məzarını ziyarət edib.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyindən bildirilib.
Qeyd edilib ki, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan, görkəmli ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140-cı ildönümündə Azərbaycanın Türkiyədəki Səfirliyinin kollektivi dövlət adamının məzarın ziyarət edib və xatirəsini ehtiramla yad edib.

Bizim.Media