Bu şəxslərin pensiyalarında artım olmayacaq - Onlar kimlərdir? 

“Bir neçə gündən sonra pensiyaların indeksləşdirilməsi həyata keçiriləcək. Pensiyaların indeksləşdirilərək artırılması yanvar ayından hesablanacaq və bu ayın artımı gələn ayın artımı ilə birlikdə ödəniləcək”. 

Bəs bu ilin yanvar ayında pensiyaya çıxanların da pensiya məbləğləri artırılacaqmı? 

Bizim.Media xəbər verir ki, bu barədə iqtisadçı ekspert, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov sosial şəbəkə hesabında məlumat paylaşıb. 

O bildirib ki, “Əmək pensiyaları haqqında” Qanuna əsasən, bütün növ əmək pensiyaları əvvəlki ildə orta aylıq maaşdakı artım faizinə indeksasiya olunaraq artırılır. 

“Ötən ilin yekun əməkhaqqı artımının 11 faizə yaxın olacağı gözlənilir. Bununla yanaşı, bəzi vətəndaşlarımız yanvar ayı ərzində pensiyaya çıxıblar və artıq onlar da pensiya alırlar.

Qanunvericiliyə əsasən, indeksləşdirmə əvvəlki ilin göstəricisinə uyğunlaşdırıldığına görə 2023-cü ilin dekabrın 31-i daxil olmaqla ötən il pensiya hüququ qazanan bütün vətəndaşların pensiyaları artırılacaq. 
Belə ki, orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq, 2024-cü il yanvarın 1-dək təyin edilmiş əmək pensiyalarının sığorta hissəsi, qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləğ artırılır. 

Bu isə o deməkdir ki, yanvar ayında pensiya hüququ qazanan pensiyaçılarımızın pensiya məbləğləri gələn ilin əvvəlində indeksləşdirilərək artırılacaq. Bütövlükdə, bu il ərzində pensiyaya çıxan vətəndaşlarımızın pensiyası 2025-cü ildə indeksləşdiriləcək. O zaman bu il ərzindəki orta aylıq əmək haqqındakı artım faizi nəzərə alınmaqla artımlar həyata keçiriləcək. Bu ilki indeksləşdirmə isə bu ilin yanvarın 1-dək pensiya hüququ qazananlara şamil olunacaq”, - deyə deputat qeyd edib. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Yuxu keyfiyyətini pozan əsas səhvlər AÇIQLANDI

Yuxu keyfiyyətini pozan əsas səhvlər AÇIQLANDI

Macarıstandakı səfirliyimiz bayram günlərində təxirəsalınmaz konsulluq dəstəyi göstərəcək - FOTO

Macarıstandakı səfirliyimiz bayram günlərində təxirəsalınmaz konsulluq dəstəyi göstərəcək - FOTO

“Sabah” “Sumqayıt”a qalib gəldi - VİDEO

“Sabah” “Sumqayıt”a qalib gəldi - VİDEO

Bu gün Azərbaycanda Novruz bayramıdır

Bu gün Azərbaycanda Novruz bayramıdır

Bu gün Ramazan bayramıdır

Bu gün Ramazan bayramıdır

Rza Pəhləvi iranlıları dəstələr şəklində toplaşmağa ÇAĞIRDI

Rza Pəhləvi iranlıları dəstələr şəklində toplaşmağa ÇAĞIRDI

Bayram ərəfəsində bazarda qiymətlər necədir? - VİDEO

Bayram ərəfəsində bazarda qiymətlər necədir? - VİDEO

Ukraynalı futbolçu “Beşiktaş”a KEÇİR

Ukraynalı futbolçu “Beşiktaş”a KEÇİR

Qaxda yeniyetmələr arasında dava qanla nəticələndi

Qaxda yeniyetmələr arasında dava qanla nəticələndi

Netanyahu: “Mən sağam. Hamınız şahidsiniz” - VİDEO

Netanyahu: “Mən sağam. Hamınız şahidsiniz” - VİDEO

“Araz Naxçıvan”ın iki futbolçusu yığmaya ÇAĞIRILDI

“Araz Naxçıvan”ın iki futbolçusu yığmaya ÇAĞIRILDI

Gəncədə 34 yaşlı kişi naməlum şəraitdə XƏSARƏT ALDI

Gəncədə 34 yaşlı kişi naməlum şəraitdə XƏSARƏT ALDI

Azər Badamov: “Dövlət qulluğunda əməkhaqqı sistemi daha müasir və təkmil əsaslarla yenidən qurulur”

Azər Badamov: “Dövlət qulluğunda əməkhaqqı sistemi daha müasir və təkmil əsaslarla yenidən qurulur”

Ölkəmizin Latviyadakı səfirliyi bayram günlərində işləməyəcək - FOTO

Ölkəmizin Latviyadakı səfirliyi bayram günlərində işləməyəcək - FOTO

“ABŞ-da Ukrayna üzrə növbəti danışıqlar keçiriləcək” - Zelenski

“ABŞ-da Ukrayna üzrə növbəti danışıqlar keçiriləcək” - Zelenski

Bakı–Ələt yolunda KamAZ aşdı, uzun tıxac yarandı - VİDEO

Bakı–Ələt yolunda KamAZ aşdı, uzun tıxac yarandı - VİDEO

Sabunçuda evlərdən 25 min manatlıq oğurluq edən şəxs ƏLƏ KEÇDİ - VİDEO

Sabunçuda evlərdən 25 min manatlıq oğurluq edən şəxs ƏLƏ KEÇDİ - VİDEO

BƏƏ İrandan atılan 7 ballistik raket və 15 PUA zərərsizləşdirib

BƏƏ İrandan atılan 7 ballistik raket və 15 PUA zərərsizləşdirib

“Anderlext” bu futbolçu üçün “Qalatasaray”la danışıqlara BAŞLADI

“Anderlext” bu futbolçu üçün “Qalatasaray”la danışıqlara BAŞLADI

Hacıqabulda avtomobil aşıb, xəsarət alanlar var - FOTO/VİDEO

Hacıqabulda avtomobil aşıb, xəsarət alanlar var - FOTO/VİDEO

Gəncədə iki piyada xəstəxanalıq oldu

Gəncədə iki piyada xəstəxanalıq oldu

İranda “Qüds” qüvvələrinin liderlərindən biri ÖLDÜRÜLDÜ - FOTO

İranda “Qüds” qüvvələrinin liderlərindən biri ÖLDÜRÜLDÜ - FOTO

İdxal olunan yay meyvələrində virus AŞKARLANDI

İdxal olunan yay meyvələrində virus AŞKARLANDI

ÇL-də həftənin komandasında kimlər var?

ÇL-də həftənin komandasında kimlər var?

End of content

No more pages to load

RADİO