"Barselona"nın baş məşqçisi Xavi cari mövsümün sonunda Kataloniya klubunu tərk etmək qərarına gəlməsinin səbəblərindən danışıb.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, mütəxəssis açıqlamasında deyib:
“Bura gələndə düşündüklərimi dedim. Mən deyəndə ki, biz klubu yenidən qururuq, siz mənə qarşı çıxdınız. Mən də dedim ki, hazırkı "Barselona" 2010-cu ildəki "Barselona" deyil. Mənə elə gəlir ki, La Liqanı 12 xalla qazansaydım belə, bu rola uyğun gəlməzdim. Bunun tarixlə bağlı olduğunu düşünmürəm. Bu, ətraf mühitə, kluba, tələblərə və şəxsən mənə aiddir”.
Xatırladaq ki, Xavi ötən həftəsonu cari mövsümün sonunda komandadan ayrılacağını açıqlayıb.
O, 2021-ci ilin noyabrından Kataloniya təmsilçisinə baş məşqçilik edir.
Bizim.Media