Ermənistanın “Fly Arna” aviadaşıyıcısı Rusiyaya uçuşları dayandırıb.
Bizim.Media xəbər verir ki, bu barədə aviaşirkət məlumat yayıb.
Qeyd edilib ki, buna səbəb sistemdə olan dəyişikliklər olub.
Qeyd edək ki, “Fly Arna” 2021-ci ilin sentyabrında Birləşmiş Ərəb Əmirliklərində yerləşən “Air Arabia” və Ermənistanın dövlət maraqları fondu tərəfindən təsis edilib. Əsasən Rusiyaya uçuşlar həyata keçirirdi.
Bizim.Media