“Orduya çağırışla bağlı ciddi problemlər var”.
Bizim.Media xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
Onun sözlərinə görə, hərbi yaşda olan vətəndaşların yarıdan az hissəsi orduya çağırılır.
“Bu o deməkdir ki, ya bizim nəslin səhhətində ciddi problemlər var, ya da çağırış korrupsiyanın ən çiçəklənən mühiti olaraq qalır. Tibb ictimaiyyətinin, hərbçilərin və ictimaiyyət nümayəndələrinin bir-biri ilə “əlaqələri” var”, - deyə Paşinyan bildirib.
Bizim.Media