Avropa İttifaqının (Aİ) digər ölkələri Ukraynaya daha çox yardım etməlidir, çünki Almaniya təkbaşına belə ağır yükü daşımaq iqtidarında deyil.
Bizim.Media xarici mediaya istinadla xəbər verir ki, bu barədə Kansler Olaf Şolz Almaniya Sosial Demokrat Partiyasının konfransında çıxışında bildirib.
Şolz qeyd edib ki, Aİ-nin qarşıdan gələn sammitində Kiyevə dəstək yükünün bölüşdürülməsi məsələsini qaldıracaq.
Ukraynadakı münaqişədə həlledici məqamın yetişdiyini söyləyən Kansler Kiyevi Almaniyanın həmrəyliyinə bir daha əmin edib.
Bizim.Media